SÜRÜCÜ HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
Ələt-Astara yolunun Masallı rayonundan keçən hissəsində Səfariz Əliməmmədovun “VAZ-21074” və Abış Seyfullayevin “VAZ-21011” markalı avtomaşınları toqquşmuşdur. Xəsarət almış hər iki sürücü və sərnişinlər - Rüfət Əkbərov, Vasif Kazımov xəstəxanaya yerləşdirilmişlər. R.Əkbərov orada ölmüşdür.
Yevlax rayonu ərazisində Zülfüqar Süleymanovun “VAZ-2107” markalı və Kamal Quliyevin “VAZ-21011” markalı avtomaşınlarının toqquşması K.Quliyevin ölümü ilə nəticələnmişdir.
Cəlilabad şəhəri ərazisində isə Emin Həsənovun “VAZ-2105” markalı avtomaşını ilə Mənsur Camalovun “M” markalı motosikleti toqquşmuşdur. Nəticədə, motosikletdə yanğın baş vermiş, sürücü və sərnişinləri - oğlu, 3 yaşlı Sənan və qardaşı oğlu 6 yaşlı Murad yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişlər. Vəziyyətləri ortaağırdır.
Bütün faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]