SÜRÜCÜ HƏLAK OLMUŞDUR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, İsmayıllı–Lahıc yolunun 22-ci kilometrində ağır yol qəzası baş vermişdir. “UAZ-469” markalı avtomaşın yüksəklikdən Girdman çayına düşmüşdür. Nəticədə sürücü Məmməd İsgəndərov həlak olmuşdur.
Faktla bağlı araşdırma aparılır.