SÜRÜCÜLƏRİN VƏ SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinin, sürücülərin və sərnişinlərin nəzərinə çatdırır ki, Bakı-Salyan yolunun Lökbatan dairəsi ilə 20-ci Dairə arasındakı hissəsində asfalt örtüyünün əsaslı təmiri ilə əlaqədar 2004-cü il avqustun 12-dən bir həftə ərzində cənub istiqamətindən şəhərə daxil olan nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır və şəhərə giriş Lökbatan dairəsi – Xocahəsən yolu ilə müəyyənləşdirilir.
Yaranmış müvəqqəti narahatlığa görə Bakı Şəhər İcra Hakimiyyəti bu istiqamətdən paytaxta gəlmək istəyən əhalidən üzr istəyir.
Bakı Şəhər İcra Hakimiyyəti.