Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa - çoxəsrlik Azərbaycan mədəniyyətinin nadir incisi

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Dağlıq ərazidə yerləşən Şuşanın ən yüksək zirvəsi 2725 metr olan Böyük Kirs dağıdır. Keçəldağ aşırımı da Şuşa ərazisində yerləşir. Şuşa şəhərində, əsasən Yura və Təbaşir çöküntüləri yayılıb. Müxtəlif növ tikinti materialları, yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) mövcuddur. Xüsusilə şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü məşhurdur. Cıdır düzündən bir qədər aşağıda “Qırx pilləkən” deyilən dik pilləli yol Daşaltı çayına aparır. Şuşa şəhərində Şuşa vələsi, Qafqaz qaş səhləbi və ya xarıbülbülə də rast gəlmək olar. Qeyd edək ki, Şuşanın rəmzi sayılan xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər vardır. Cıdır düzü isə Şuşanın ən tanınmış məkanıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib. Şuşanın gəzməli-görməli yerlərindən biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət yerini “Şəmilin bağı” da adlandırırlar. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, “Ağzıyastı kaha” yerləşən Üçmıx dağının altında, çeşmə ətrafında yerləşir. XVIII əsrin sonlarında Şuşa Azərbaycanın ən mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi olan şəhərlərindən birinə çevrilib. Şuşa çoxəsrlik Azərbaycan mədəniyyətinin nadir incisidir. Şuşada incəsənət, xüsusilə də musiqi mədəniyyəti sürətlə inkişaf edib və XIX əsrin sonu XX əsrin əvvəllərində şəhər Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Qafqazın konservatoriyası” da adlandırırlar. Qeyd edək ki, 1989-cu ildən 1991-ci ilə qədər Cıdır düzündə "Xarıbülbül" mahnı festivalı keçirilib. Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə isə 30 ildən sonra 2021-ci il mayın 12-də yenidən Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi.

İbrahim Zeynalov bildirib ki, XX əsrin əvvəllərinədək Şuşada musiqi sənəti xanəndə və sazəndələr - ustad və şəyird zəminində inkişaf edib. XX əsrdən başlayaraq isə peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə başlanıb. O dövrdə məhz Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.

XIX əsrin ortalarında ilk dəfə Xarrat Qulu tərəfindən tədris ocağı kimi “muğam məktəbi” yaradılıb və dini məqsədlərə xidmət edib. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edib və onlara muğam oxumaq qaydalarını öyrədib. Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynayıb bir sıra ustad sənətkarların yetişməsinə səbəb olub. XIX əsrin ikinci yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri - mesenatlar, eləcə də zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında muğam məclisləri təşkil olunub. Bunlar bəzən “musiqi dərnəyi” və ya “musiqi salonu” da adlandırılıb. Şuşada “Nəvvabın məclisi”, Şamaxıda “Mahmud ağanın dərnəyi”, Bakıda isə “Məşədi Məlik Mənsurovun salonu” musiqi məclislərinin adlarını qeyd edə bilərik. Bu musiqi məclisləri əsl musiqi, sənətkarlıq məktəbinə çevrilib. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılıb, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunub.

Kor Xəlifənin məktəbi 1883-cü ildən 1893-cü ilə qədər Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi olub. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən “Kor Xəlifə” ləqəbli Molla Əli Qarabaği tərəfindən açılıb. Onillik fəaliyyəti dövründə Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınıb. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərib, Şuşanın Qafqazın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynayıb.

“Məclisi Fəramuşan” ədəbi məclisi 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilib və 1910-cu ilədək fəaliyyət göstərib. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak ediblər.

Ədəbi-musiqili məclis olan “Məclisi-üns” də 1864-cü ildə Şuşada şair Hacı Abbas Agahın evində təşkil olunub və Xurşidbanu Natəvanın rəhbərliyi ilə 1897-ci ilədək fəaliyyət göstərib. 1930-cu ilin əvvəllərində Şuşada ilk musiqi texnikumu təşkil olunub. 1948-ci ildən həmin texnikum uşaq musiqi məktəbi kimi fəaliyyət göstərməyə başlayıb.

XVII - XIX əsrlərdə, xüsusilə feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə sınaqdan uğurla çıxaraq qalib gəlib. Belə ki, Şuşa qalasına hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar qalanı ala bilməyiblər. Bu dövrdə Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə Qarabağ xanlığının ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlayıb. İlk olaraq Bayat qalasını (1748), daha sonra Şahbulaq qalasını (1752) inşa etdirib. Lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı yeni bir qala ucaltmağı qərara alıb. Yeni qala ilk illərdə öz banisinin adı ilə “Pənahabad”, sonralar isə “Şuşa” adlandırılıb. 1747-ci ildə isə Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edib və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alıb.

Pənahəli xanın oğlu Qarabağın ikinci hakimi İbrahimxəlil xanın hakimiyyəti illərində xanlıq daha da güclənir və inkişaf edir. Azərbaycan görkəmli şairi və siyasi xadimi Molla Pənah Vaqif 1750-ci ildə buraya köçüb saray şairi və İbrahimxəlil xanın baş vəziri olub. Gülüstan (1813) və Türkmənçay (1828) sülh müqavilələri isə Rusiyanın Qarabağ xanlığı üzərindəki nəzarətini gücləndirir.

Şuşa şəhəri üç dəfə - 1905, 1920 və 1992-ci illərdə tamamilə yandırılıb. Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri isə onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi olub. Belə ki, 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə daxil edilib. Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edilib. 1977-ci ildə isə Azərbaycan hökuməti iki tarixi qərar qəbul edib. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb edib. Nəticədə şəhərdə yeni sənət ocaqları yaradılıb, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılıb. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilib.

1992-ci il mayın 8-də Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində 600-ə yaxın tarixi memarlıq abidəsi, o cümlədən Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yerlə-yeksan edilib, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumi təhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatr, 8 muzey, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi, turist bazası, Qafqazda yeganə Şərq musiqi alətləri fabriki dağıdılıb, buradakı nadir sənət inciləri talanıb və məhv edilib. Həmçinin peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.1823-cü ilə aid statistik məlumata görə, bu dövrdə Qarabağ xanlığında yaşayan 20 min 35 ailədən 15 min 729-u azərbaycanlı ailələr, 4 min 366-sı isə xristian (alban mənşəli) ailələri olub. 1992-ci ildə isə Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən və uzunluğu 114 metr əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" ermənilər tərəfindən dağıdılıb. Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalından azad edilib. Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi tariximizə yazıldı.

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” və “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” müvafiq sərəncamları hamımızda qürur və sevinc hissləri yaşatdı. Ölkə rəhbərinin müvafiq tapşırıq və tövsiyələri ilə Şuşada aparılan abadlıq və quruculuq işləri nəticəsində inanırıq ki, Şuşanın əvvəlki gözəlliyi və şöhrəti yenidən bərpa olunacaq”, - deyə professor İbrahim Zeynalov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO