Şuşa bizimdir!
Bakı, 8 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan xalqının sevinci yerə-göyə sığmır - qədim Şuşa düşmən işğalından azad edilib! Bu sevinci xalqımıza yaşadan Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna hər bir vətənpərvər azərbaycanlı ürək sözlərini məktubla, sosial şəbəkələr vasitəsilə, hətta şeirlə çatdırır. Onlardan biri də Munis Bayramdır.
AZƏRTAC onun “Şuşa bizimdi!” şeirini təqdim edir.
Şuşa bizimdi!
Yaxın, uzaq ellər bilsin,
Şuşa bizimdi, bizimdi!
Dost sevinsin, düşmən ölsün,
Şuşa bizimdi, bizimdi!
Qarabağa düşüb yolum,
Açılıbdır sağım, solum,
Mən Şuşaya qurban olum,
Şuşa bizimdi, bizimdi!
Ər Ali Baş Komandanım!
Rəcəb Tayyip Ərdoğanım!
Hər ikisi mənim canım!
Şuşa bizimdi, bizimdi!
Gözlər gülür, ruh sevinir,
Gah kövrəlir, gah sevinir,
Millətimiz çox sevinir,
Şuşa bizimdi, bizimdi!
Sorağı qədimdən gəlir,
Düşmən bağrını dəlir,
Yer də bilir, Göy də bilir,
Şuşa bizimdi, bizimdi!
Munis Bayram.