Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şuşa İli”nin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya keçirilib

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şuşa İli”nin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, elmi sessiyanı AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyini söyləyib. Gövhər Baxşəliyeva qeyd edib ki, işğaldan azad edildikdən dərhal sonra Şuşa şəhərində infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına, Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin həyata keçirməsinə başlanıldı. Ölkə Prezidentinin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” sərəncamlarını xatırladan akademik G.Baxşəliyeva bu sənədlərin bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyətindən danışıb. Akademik G.Baxşəliyeva “Şuşa İli” ilə əlaqədar Şərqşünaslıq İnstitutunda da bir sıra işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, may ayında institutda “Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa” mövzusunda elmi konfrans keçirilib. Şuşa ilə bağlı tədbirlər davam etdirilir. İnstitutda, həmçinin Şuşa haqqında 7 dildə “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı buklet çap olunmaq üzrədir. Bundan əlavə, Şuşa haqqında ətraflı məlumat hazırlanaraq türk, ərəb, fars, çin dillərində “Vikipediya”da yerləşdiriləcək.

Akademik Gövhər Baxşəliyeva bu il institutda “Qarabağ məsələsi Cümhuriyyət parlamentində və 1918-1920-ci illər İngiltərə, Türkiyə və İranın Cənubi Qafqaz siyasətində”, “Azərbaycan-İran münasibətlərində Şuşa”, “İkinci Qarabağ müharibəsi və müsəlman dünyası”, “Qarabağın epiqrafik abidələrindəki adlar”, “Qarabağın maddi və mənəvi irsi epiqrafik abidələr əsasında (X-XIX əsrlər)” mövzularında elmi tədqiqat işlərinin aparıldığını da qeyd edib.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə tədbirdə məruzə edərək Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsinin xalqımız üçün tarixi əhəmiyyətindən, yüksək mədəni-mənəvi dəyərindən danışıb.

Bu ilin aprelində 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə Şuşada keçirilən, “Zəfər Qurultayı” adlandırılan Dünya Azərbaycanlılarının V qurultayında Azərbaycan diasporu qarşısında qoyulan yeni vəzifələrdən danışan S.Bayramzadə bu tədbirdə xaricdəki azərbaycanlılarının növbəti beş ildə fəaliyyəti üçün Yol Xəritəsinin müəyyənləşdirildiyini qeyd edib.

S.Bayramzadə 44 günlük Vətən müharibəsinin nəticələrinə, Şuşa bəyannaməsinə, Zəngəzur dəhlizinin perspektivlərinə və digər məsələlərə həmin dairələrdə verilən reaksiyalara da toxunub.

Elmi sessiyada çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev 44 günlük Vətən müharibəsində işğaldan azad olan Şuşa şəhərinin türk və bütövlükdə müsəlman dünyasında mübarizlik simvoluna çevrildiyini, buranı ziyarət edən müxtəlif ölkələrin nümayəndələrinə Şuşanın məhz Azərbaycan şəhəri olmasını əyani sübut etdiyini vurğulayıb. O, araşdırdığı Yuxarı Gövhər Ağa məscidindəki epiqrafik abidələrdən söz açıb, həmçinin Gövhər Ağanın özünün vəsiyyətnaməsində olan kənd və çay adlarının da erməni saxtakarlarına tutarlı cavab olduğunu qeyd edib.

Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda baş verən zəlzələdən sonra 127 afterşok qeydə alınıb

Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Azərbaycan Kuboku: “Sabah” “Neftçi”yə qalib gələrək finala yüksəlib

Tramp: Krım müzakirə mövzusu deyil

Rumıniya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

Qubada qəzalı körpü 60-dan çox yaşayış məntəqəsi ilə əlaqəni çətinləşdirib

Bakının nəqliyyat infrastrukturundakı layihələrlə bağlı AİB ilə əməkdaşlıq imkanları müzakirə edilib

Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb

YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib

Azərbaycanın turizm potensialı Qazaxıstanda nümayiş etdirilir

Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib

NDU-da idarəetmədə və təhsildə rəqəmsallaşdırmaya dair II Respublika Elmi konfransı işə başlayıb

Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub

Denis Beçiroviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 13-cü Qlobal Bakı Forumuna dəvət olunub

Lord David Evans: Azərbaycanın infrastrukturu Orta Dəhlizin uğurunda həyati rol oynayır

Masallıda şəhid övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib

İsmayıl Əfəndiyev: Bütün dünya xəstəxanadaxili infeksiyalar və artan antibiotik istifadəsi problemi ilə üzləşir VİDEO

İsmayıl Əfəndiyev: Bütün dünya xəstəxanadaxili infeksiyalar və artan antibiotik istifadəsi problemi ilə üzləşir VİDEO

Şəki Təhsil sektorunun komandası bilik yarışının region mərhələsinin qalibi olub

Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir VİDEO

Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir VİDEO

Fransa prezidentinin Madaqaskar səfərinin görünən və görünməyən tərəfləri: Xalq Makrondan üzr istəməyi tələb edir

DİN: Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq VİDEO

DİN: Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq VİDEO

Şirvan-Salyan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO

Şirvan-Salyan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO

Bərdə bazarında satışa çıxarılan süd məhsullarında uyğunsuzluq aşkarlanıb

® “Ziraat Bank” Azərbaycan 11-ci filialını müştərilərin istifadəsinə təqdim edib

Azərbaycanlı rejissor Bişkekdə ustad dərsi keçib

Ağcabədidə sahibkarlarla növbəti görüş təşkil olunub

Bakıda yeni parklanma yerləri təşkil edilib

ADPU ilə Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzi əməkdaşlıq edəcək

Azərbaycan Kuboku: "Qarabağ" finala vəsiqə qazanıb

ADNSU ilə Bolqarıstanın Cənub-Qərb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

“İstilik təchizatı haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub

Azərbaycanla Çinin strateji tərəfdaşlığı bu ölkələrin eyni siyasi baxışa malik olmasından güc alır ŞƏRH

Masallının Böyük Xocavar kəndində evdə yanğın olub

İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb

Azərbaycan cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb

Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

® “Azercell” audiokitabları hər kəs üçün əlçatan edir!

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında Avropa çempionatının yekunları müzakirə olunub

“Sağlamlığa doğru qaç!” – bu dəfə həkimlər yarışdılar

Azərbaycanda ilk dəfə “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

Qafqaz Müsəlmanları İdarəsinin sədri İspaniyaya səfər edəcək

Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq proqramları genişlənir

Rəşad Mahmudov: İcbari tibbi sığorta sistemi ilə paralel olaraq, yüksək texnoloji tibbi prosedurların geniş şəkildə tətbiqinə başlanılıb VİDEO

Rəşad Mahmudov: İcbari tibbi sığorta sistemi ilə paralel olaraq, yüksək texnoloji tibbi prosedurların geniş şəkildə tətbiqinə başlanılıb VİDEO

İcma: Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır

Parlamentin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

Dini konfessiyaların rəhbərləri katolik kilsəsini ziyarət ediblər

Masallıda 600-dən çox Xan çinar və şam ağacı əkilib

Azərbaycan-Çin münasibətlərinin inkişafı qlobal iqtisadiyyata töhfə verəcək – deputat

Azərbaycan məhsullarının “Alibaba” üzərindən Asiya ölkələri, Okeaniya və Körfəz regionuna çıxış imkanları artıb

Ağanağı Axundovun şəxsi arxivindən nadir kinomateriallar Dövlət Film Fonduna təhvil verilib

Erik Rudenşold: Azərbaycan olmasa, Mərkəzi Asiya ilə Avropa arasında bağlantı mümkün deyil

Naxçıvan şəhərində Milli Müdafiə Universitetinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulun təşviqi aparılıb

Şamaxıda bədbəxt hadisə: Abşeron rayon sakini dağlıq ərazidə yıxılaraq ölüb

Professor Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib

Çernobıl əlilindən xəbərdarlıq: Metsamor fəlakəti qapıdadır

Papa Fransisk dünyadan vəsiyyətsiz köçüb

“Zəkaların mübarizəsi” olimpiadasının Qarabağ regionu üzrə qalibi müəyyənləşib

Son illər formalaşan kibertəhlükəsizlik ekosistemi Azərbaycan üçün dayanıqlı müdafiə mühiti yaradıb

Britaniyalı fotoqraf Konqo çayı hövzəsindəki meşələrin ən çətin görünən heyvanlarını kameraya çəkib

BANM tələbələri ölkəmizi İtaliyada təmsil edəcəklər

İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər yaralanıb VİDEO

İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər yaralanıb VİDEO

Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir

ADA İbtidai Məktəbində Beynəlxalq Yer Günü qeyd edilib

"Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib

Azərbaycan paralimpiyaçısı növbəti reytinq xallarını qazanıb

Prezident İlham Əliyevin Çinə dövlət səfəri strateji tərəfdaşlığı dərinləşdirəcək - ŞƏRH

“Zəkaların mübarizəsi”nin Bakı üzrə regional mərhələsinin qalibləri müəyyənləşib

Lyublyanada “Yeni qlobal geosiyasət və Qərbi Balkanlar” mövzusunda 32-ci Ali Səviyyəli Toplantı keçiriləcək

Qobustanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Çernobıl hadisəsi sönmüş bir od olsa da, tüstüsü bu gün də davam edir

Milli Kitabxanada Ukrayna dilində “Əli və Nino” kitabının təqdimatı keçirilib

Axtarışda olduğuna görə Albaniyada tutulan şəxs Azərbaycana ekstradisiya ediləcək

Çexlər getdikcə daha çox əcnəbilərlə ailə qururlar

Çində alkoqolizmdən qurtulmaq üçün çip implantasiyası əməliyyatı keçirildi

Azərbaycan-Çin münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir ŞƏRH

Almaniyaya əfqan mirantların qəbulu hökumət dəyişikliyinə qədər dayandırılıb

Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb

“Patriot” hava hücumundan müdafiə sisteminin rəqibi “Ground Fire 300” radarı təqdim edilib

“Bakının baharı” adlı klassik musiqi konserti təşkil olunub

BMU-da Kənd Təsərrüfatı Nazirliyinin layihəsi ilə bağlı vorkşop keçirilib

Dövlət Komitəsinin sədri Oğuz rayonunda vətəndaşların müraciətlərini dinləyib

Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya səfər edəcək

Tekstil və tekstil avadanlıqları üzrə yeni standartlar qəbul ediləcək

WWF ofisinin əlaqələndiricisi: Azərbaycan COP29 təcrübəsini təkcə Braziliya ilə deyil, bütün ölkələrlə bölüşməyə hazırdır

Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edilib

ANAMA Dövlət Məşğulluq Agentliyi ilə birgə təlim və peşə kursları təşkil edib

Vəkillər istintaq təcridxanalarında məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardım göstərib

Son bir saatda İstanbulda səkkiz zəlzələ olub

Avropa çempionatı: Azərbaycan cüdoçuları təsəlliverici görüşdə üz-üzə gələcəklər

Özbəkistan universitetlərində “Konstitusiya və Suverenlik” mövzusunda mühazirələr oxunub

Elektron xəstəlik vərəqəsi (e-bülleten) nədir və əvvəlki kağız versiyadan nə ilə fərqlənir?

Çin Ayın səthində nüvə reaktoru inşa edəcək

Elvin Şahverdiyev: Kibertəhlükəsizlik sosial və iqtisadi sabitliyin vacib elementidir

Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib YENİLƏNİB VİDEO

Musiqili Teatr mayda maraqlı repertuar planı təqdim edir

Qədir Xəlilov: Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyət daşıyır

Azərbaycan Atçılıq Federasiyası dünyanın ən yaxşı ənənəvi idman təşkilatı seçilib

Ağdaşda Uşaq İncəsənət Festivalının ilk seçim turu başlayıb VİDEO

Ağdaşda Uşaq İncəsənət Festivalının ilk seçim turu başlayıb VİDEO

AFFA rəsmiləri UEFA-nın tədbirinə qatılıblar