ELM VƏ TƏHSİL
ŞUŞA TEXNİKUMUNU 56 İL ƏVVƏL BİTİRMİŞ MƏZUNLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilən Əlavələrdə 1922-ci ildən fəaliyyət göstərən Şuşa Mədəni-Maarif Texnikumunun 85 illik yubileyinin qeyd olunması da nəzərdə tutulmuşdur.
Yubileyə ciddi hazırlaşan bu təhsil ocağında 1951-ci ildə texnikumun bitirmiş, hazırda Bakı şəhərinin 54 nömrəli orta məktəbində baş müəllim işləyən Qismət Hüseynova ilə görüş keçirilmişdir.
Qismət Hüseynova doğma Şuşa, orada keçirdiyi uşaqlıq və gənclik illəri barədə söz açmış, müəllimləri barədə xatirələrini söyləmişdir. O, keçdiyi həyat yolundan, əmək fəaliyyətindən danışarkən müəllimlərinin zəhmətini doğrultduğunu iftixarla vurğulamışdır. Qeyd etmişdir ki, gənc nəslin təlim və tərbiyəsində qazandığı nailiyyətlərə görə “Şərəf nişanı” ordeninə, “Qabaqcıl maarif xadimi”, “Maarifi əlaçısı” adlarına layiq görülmüşdür.
Qismət Hüseynova tələbələrin suallarına cavab vermişdir.