Şuşada silah-sursat aşkar olunub
Şuşa, 13 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691 ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [20:58]
Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub
- 20.11.2026 [19:52]
Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub
- 20.11.2026 [18:20]
Naxçıvanda Ümumdünya Uşaq Hüquqları Günü qeyd edilib
- 20.11.2026 [18:20]
Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır
- 20.11.2026 [17:59]