Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şuşam mənim” deyənlər... Dünəndən bu günə
(şuşalı ziyalıların əziz xatirəsinə həsr olunur)

Bakı, 21 iyul, AZƏRTAC

“...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir.
Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər
Azərbaycan torpağının sahibləri olublar və
Qarabağda Azərbaycan torpağının daim qorunması,
saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar.
Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı
böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
 
               Ümummilli lider Heydər Əliyev

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, musiqi beşiyi olmaqla yanaşı, milli məfkurənin, ictimai-siyasi düşüncənin, milli ideologiyanın formalaşması və inkişafında, dövlətçilik ənənələri, müstəqillik ideyalarının təbliği və gələcək nəsillərə ötürülməsində söz sahibi olan əsas mərkəzlərdən biri, maarifçiliyin beşiyidir. Heç də təsadüfi deyil ki, bəzi arxiv materiallarında Şuşanın çar Rusiyası dövründə “Müsavat yuvası” adlandırılması barədə faktlar yer alır. Səbəb Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında əslən Şuşadan olan ziyalıların da böyük rol oynaması, hürriyyət ideyalarının həm də Şuşa zirvəsindən təbliğ edilməsi, müstəqillik uğrunda mübarizədə Şuşa ziyalılarının yorulmaz fəaliyyətidir. Məhz ona görə də Cümhuriyyətin süqutundan sonra təkcə ölkə daxilində deyil, hətta xaricdə də Azərbaycanın düşünən beyinlərinə qarşı “səlib yürüşünə” çıxan ermənilərin axtarışa verdiyi, tapdıqda isə yerindəcə güllələdiyi ictimai-siyasi xadimlər sırasında şuşalılar da vardı. Keçmiş İttifaq dönəmində daha çox azərbaycanlıların üzləşdikləri repressiya siyasətinin qurbanları arasında da şuşalılar üstünlük təşkil edirdi. Ən əsası isə hayların tarixin müxtəlif dönəmlərində, xüsusən də XX əsrin 80-ci illərinin sonunda ərazi iddiası ilə üsyanlar, dinc insanlara qarşı soyqırımları və təxribatlar təşkil etdiyi zaman qarşıda məhz Şuşanı ələ keçirmək kimi məkrli plan dayanırdı. Yəni, Şuşa yarandığı ilk gündən, daha dəqiq desək, Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşa şəhərinin təməlini qoyduğu tarixdən bu günədək ictimai-siyasi proseslərin, əsassız ərazi iddialarının, müharibələrin, işğalın, vandalizmin qurbanı, yaxud başqa cür desək, episentri olub.

Heç şübhəsiz ki, belə bir mühitdə Şuşada milli ideologiya, ictimai-fəlsəfi təfəkkürün və genetik yaddaşın qorunması, inkişaf etdirilməsi istiqamətində zaman-zaman addımlar atılıb, milli özünüdərkin, azərbaycançılıq məfkurəsinin təbliği və Şuşa həqiqətlərinin geniş ictimaiyyətə, hətta xarici auditoriyaya çatdırılması ilə bağlı nə mümkündürsə edilib. Bu mənada şuşalı ziyalılar üçün ən effektiv vasitələrdən biri və bəlkə də birincisi media ilə sıx təmasda olmaq, dövrün oxunan, azad düşüncə, baş verən proseslərə obyektiv yanaşma tərzi ilə seçilən, xüsusən çar Rusiyasının amansız senzura aparatından, keçmiş Sovet İttifaqının isə repressiya siyasətindən və çoxsaylı təqiblərindən qorxmayaraq müstəqil fikir yürüdən mətbu orqanları ilə əməkdaşlıq etmək idi.

Dünən... İlk addımlar

Azərbaycan mətbuatında Şuşa izi ilk milli mətbuatın yaranması dövrünədək gedib çıxır. Araşdırmalar göstərir ki, 1875-ci il iyulun 22-dən nəşrə başlamaqla 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görən, lakin bu iki il ərzində maarifçilik missiyasını şərəflə yerinə yetirən “Əkinçi” qəzetinin səhifələrində də Şuşa ilə bağlı yazılar yer alıb. Çox maraqlıdır ki, bu yazılar Şuşa mədəniyyətinin özünəməxsusluğunu əks etdirən bədii-publisistik janrda deyil, daha çox məhz ictimai-siyasi prosesləri, qədim diyarda diqqəti cəlb edən sosial problemləri, Şuşa əhalisinin üzləşdiyi bəzi çətinlikləri, çəkdikləri sıxıntıları, onları düşündürən ayrı-ayrı məsələləri əks etdirirdi. Analoji materiallara “Əkinçi”dən sonra nəşrə başlayan “Ziya”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “Füyuzat” kimi qəzet və jurnallara da rast gəlinir.

Həmin yazıları təhlil edərkən Azərbaycan ziyalılarının, dövrün ictimai-siyasi xadimləri, media mənsublarının daha çox 1905-1906-cı illərdə Şuşada baş vermiş qanlı hadisələrdən, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarından və ərazi iddialarından, bir sözlə, Şuşadan ciddi narahat olduqlarını görürük. Ziyalılar öz məqalələrində açıq şəkildə bildirirlər ki, məkrli qonşularımız öz çirkin niyyətlərinə çatmaq üçün planlı şəkildə hazırlıqlar görmüş, gizli şəkildə silahlanmış, təşkilatlanmış və bu istiqamətdə hər cür hiylə və fitnəyə əl atmışlar.

Həmin dövrdə xüsusən XX əsrin əvvəllərində mətbu orqanlarla sıx əməkdaşlıq edən və Şuşada yaşanan ictimai-siyasi mühiti dolğun şəkildə geniş ictimaiyyətə çatdırmağa çalışan, eləcə də Azərbaycan mediasında Şuşa izinin əsaslarını qoyan görkəmli maarifçilər, tədqiqatçı və publisistlər isə bunlardır: Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov, Həmidə xanım Cavanşir, Səfərəli bəy Vəlibəyov, Həsənəli xan Qaradaği, Mirzə Salah bəy Zöhrabbəyov, Əbdülkərim bəy Mehmandarov, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Fərhad Ağazadə, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Cahangir bəy Zeynaloğlu, Xəlil İbrahim, İsgəndər bəy Rüstəmbəyov, Bədəl bəy Bədəlbəyli, Ağalar bəy Əliverdibəyov, Hüseyn Baykara, Xasay Vəzirov, Firudin Şuşinski, Mirzə Xosrov Axundzadə və s.

Azərbaycanın ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, hüquqşünas, şərqşünas, türkoloq, islamşünas alim, Osmanlı dövlətinin, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Türkiyə Böyük Millət Məclisinin üzvü, Şuşada anadan olmuş Əhməd bəy Ağaoğlu 1905-1909-cu illərdə Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə “Həyat” və “İrşad” qəzetlərini təsis edib. Həmin qəzetlər 1905-ci ildə baş vermiş soyqırımının obyektiv şəkildə geniş ictimaiyyətə çatdırılmasında, ermənilərin soyqırımının, terror və vandal hərəkətlərinin azərbaycanlıların adına yazmaq istiqamətində apardığı dezinformasiya siyasətinin qarşısının alınmasında sözün əsl mənasında qəhrəmanlıq göstəriblər.

Azərbaycan peşəkar musiqi sənətinin və milli opera məktəbinin banisi, pedaqoq, publisist və ictimai-siyasi xadim, həmçinin xalqına təmənnasız xidmət edən Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətinin bir istiqaməti də publisistik yaradıcılıqla bağlıdır. Ü.Hacıbəyli “Azərbaycan”, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və "Molla Nəsrəddin" jurnalında çoxlu sayda məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. Üzeyir bəyin mətbu fəaliyyətinin böyük dövrü məhz “Molla Nəsrəddin” jurnalı ilə bağlı olmuş, publisist yazılarını daha çox “Ordan-burdan” başlığı altında dərc etdirməklə xalqın qlobal problemlərini xüsusən satiranın dili ilə geniş ictimaiyyətə çatdırmağa çalışmışdır.

Azərbaycanın görkəmli pedaqoqu, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir Haşım bəy Vəzirov 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərmiş, müxtəlif qəzet və jurnallar (“Tazə həyat”, “İttifaq”, “Səda” qəzetləri) nəşr etdirmişdir.

Azərbaycanın ictimai-siyasi xadimi, hüquqşünas, yazıçı, diplomat, pedaqoq, folklorşünas-alim, repressiya qurbanı Yusif Vəzir Çəmənzəminli Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra tutduğu vəzifəsinin artıq bitmiş olduğunu elan etmiş, Fransaya gedərək “Paris xəbərləri” qəzetində “Şərq məktubları” başlığı altında məqalələr çap etdirmişdir.

Şuşada anadan olmuş, yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf kimi tanınan Ceyhun bəy Fransada yaşadığı dövrdə “La Revul du Mond Müsulman”, “La Fiqaro” kimi mətbuat orqanlarla əməkdaşlıq etmiş, “La Revul des Deux Mende” adlı jurnallarda çalışmışdır. O, Parisdə fransız dilində nəşr olunan “Qafqaz” və Münhendə Azərbaycan dilində çıxan “Azərbaycan” jurnalının redaktoru olmuşdur.

Azərbaycan publisisti, tədqiqatçı Hüseyn Baykara mühacirətdə olduğu illərdə hüquqşünaslıqla yanaşı, mətbuatda çoxsaylı elmi-publisistik məqalələrlə çıxış etmişdir. Onun “Azərbaycanda erməni basqısı və Naxçıvan məsələsi”, “Azərbaycan istiqlalının 50 illiyi dolayısı ilə”, “Azərbaycan Cümhuriyyətinin iki hərbi zəfəri”, “Azərbaycan renessansını yapanlardan Abbasqulu Ağa Bakıxanov”, “Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli”, “Dədə Qorqud kitabı üzərinə notlar” və s. kimi yazıları dərc olunmuşdur. Hüseyn Baykara İstanbulda “Yeni Kafkasya” jurnalı ilə əməkdaşlıq etmişdir. O, həmçinin “Azəri-Türk”, “Odlu Yurd” və s. qəzet-jurnallarda Azərbaycan xalqının mədəniyyəti, ədəbiyyatı və onun ziyalıları ilə bağlı elmi-publisistik məqalələr dərc etdirmişdir.

Siyahını uzatmaq da olar. Lakin yuxarıda adları qeyd olunan şuşalı ziyalıların ötən əsrin əvvəllərində ayrı-ayrı mətbu orqanlarında çap etdirdiyi elmi-publisistik məqalələri təhlil etsək, əsas istiqamətləri məhz bu cür qruplaşdırmaq olar:

- 1905-1906-cı illər azərbaycanlıların erməni təcavüzünə məruz qalması faktını obyektiv şəkildə geniş ictimaiyyətə çatdırmaq;

- 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəbləri və həmin tarixi dönəmin xalqın milli məfkurəsinin, dövlətçilik ənənələrinin formalaşmasında əhəmiyyətli rolunu təhlil etmək;

- Şuşanın tarixini, milli-mənəvi dəyərlərini və ən əsası, bu qədim diyarın tam mənada bir Azərbaycan şəhəri olduğunu təbliğ etmək;

- Azərbaycan dilinin saflığını və ahəngini qorumaqla maarifçiliyi və milli mətbuat ənənələrini inkişaf etdirmək və s.

“Şuşa” qəzeti

Azərbaycan mətbuatında Şuşa izindən danışarkən heç şübhəsiz ki, 1932-ci ildən nəşr olunmağa başlayan və bu il 90 yaşı tamam olan “Şuşa” qəzetini unutmaq olmaz. Sovet dövründə qəzetin səhifələrində daha çox şəhərin mədəni həyatı, ictimai-sosial məsələlər geniş işıqlandırılırdısa, XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayanda materialların məzmunu da dəyişdi və daha çox siyasi xarakterli olmaqla işğal faktına, erməni vandalizmi, erməni terroru, ermənilərin əsassız torpaq iddialarının yaratdığı gərgin ictimai-siyasi mühitə yönəldi. İşğal dövründə qəzet məcburən Bakıda fəaliyyət göstərməkdə davam etmiş, Qarabağın və Şuşanın gerçək tarixi haqqında materiallar təbliğat və maarifləndirmə xarakterli olmaqla yanaşı, əsl həqiqətlərin ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır. Şuşa işğaldan azad edildikdən sonra 90 yaşlı mətbu orqanı Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-diplomatik və informasiya məkanında uğurlarından və Şuşanın Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir incisi kimi bərpa edilməsi məsələlərindən qürur hissi ilə yazılar dərc etməklə fəaliyyətini bu gün də davam etdirir.

Bu gün...

“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi!
Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!
Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.
Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan

Şuşa bu gün əsasən şuşalı ziyalıların və ya əsasən “Şuşa” qəzetinin təbliğat mövzusu deyil, ümumölkə mediasının, məsələyə bir qədər də qlobal yanaşsaq, çoxmilyonlu Azərbaycan diasporunun uğurla reallaşdırdığı təbliğat-təşviqat prosesinin mühüm tərkib hissəsidir. Bu gün tam əminliklə demək olar ki, Şuşa mədəniyyətimizin beşiyi olmaqdan daha çox, Azərbaycanın ictimai-siyasi düşüncə, milli ideologiya və milli məfkurə ocağı, əsası Pənahəli xan dövründə qoyulan milli dövlətçilik ənənələrinin beşiyi kimi tanınır və beynəlxalq platformada da qəbul etdirilir. Bu gün Şuşa özlüyündə azad sözün, ədalətin, obyektivliyin tərcümanıdır. 44 günlük Vətən müharibəsindən ötən cəmi ilyarım ərzində Şuşada keçirilən tədbirlərin xarakterinə fikir verin:

- 2021-ci il 30 avqust - Birinci Vaqif Poeziya Günləri;

- 2021-ci il 18 sentyabr - Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı;

- 2022-ci il 18 mart - Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı;

- 2022-ci il 22-23 aprel - dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızın iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayı (Zəfər Qurultayında 230-a yaxın xarici ölkə vətəndaşı olan azərbaycanlı, o cümlədən 36 alim və 36 iş adamı iştirak edib);

- 2022-ci il 28 aprel - “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum (Forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimləri və media nümayəndələri iştirak etdilər);

- 2022-ci il 6-8 may - Beynəlxalq Kulinariya Festivalı;

- 2022-ci il 12-15 may - V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı;

- 2022-ci il 19-21 may - “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans;

- 2022-ci il 9 iyul - Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi və s.

Bütün bu hadisələr hansı reallığı ortaya qoyur?

1. İlk növbədə, Şuşanın yalnız mədəniyyət paytaxtı deyil, həm də ictimai-siyasi fikir mərkəzi, milli-ideoloji düşüncə paytaxtı kimi ənənələrinin nəinki davam, hətta qlobal miqyasda inkişaf etdirildiyini sübuta yetirir. Heç də təsadüfi deyil ki, bu il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.

2. Şuşa tədbirləri və həmin toplantılara olan qlobal maraq dünyanın postmüharibə reallıqlarını artıq qəbul etdiyinin və nəinki qəbul etdiyinin, həmçinin bu reallıqların iştirakçısına, tərkib hissəsinə çevrildiyinin sübutudur;

3. Qeyd olunan hadisələr xüsusilə, “Qarabağ Azərbaycandır!”, “Şuşa Azərbaycandır!” fikrinin ictimai-siyasi, ideoloji baxımdan təsdiqi olmaqla yanaşı, əsrlərdir beyinlərə yeridilən saxta erməni ideologiyasına vurulan effektiv zərbə, informasiya müharibəsində Azərbaycanın atdığı düşünülmüş və yalnız bu gün üçün deyil, gələcəyə hesablanmış praktik addımlardır;

4. Ən nəhayət, bütün bunlar 44 günlük Zəfərin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qlobal miqyasda çəkisinin, beynəlxalq nüfuzunun və gücünün real təsdiqidir. Çünki Şuşa nəinki işğal dönəmində, tarixi ərzində, ən əsası belə qısa müddətdə bu sayda beynəlxalq tədbirə ev sahibliyi etməyib. Dünyanın diqqətini bu qədim diyara yönəltməklə Şuşanı qlobal fikir, düşüncə, beynəlxalq söz meydanına çevirmək isə ilk növbədə, siyasi iradə, güc, düzgün diplomatiya və hörmət tələb edir. Və bu gün məhz həmin siyasi iradənin, gücün, düzgün diplomatiyanın, qlobal nüfuz və hörmətin sahibi - Prezident İlham Əliyev artıq yeni - Qlobal Şuşa Platformasının əsasını qoyur.

Böyük Zəfərin və azad Şuşanın Azərbaycan mediasına təsiri

44 günlük Vətən müharibəsinin ortaya qoyduğu yeni reallıqlardan biri də məhz media ilə bağlıdır. Tarixi Zəfər, xüsusən Şuşanın işğaldan azad olunması ilə Azərbaycan mediası istər forma, istərsə də məzmun baxımından tam yeni çalar, yeni ruh, müasir tələblərə uyğun fəaliyyət konsepsiyası əldə etdi. Nədir bu dəyişikliklər?

1. Azərbaycan mediasının tamamilə yeni və ən əsası Qarabağ reallıqlarına uyğun ideoloji fəaliyyət doktrinası yaradıldı. Başqa sözlə, Vətən müharibəsinə qədər daha çox erməni işğalından, BMT-nin məlum qətnamələrinin işləməməsi və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasından, həmçinin 30 il dədə-baba torpağından ayrı düşmüş qaçqın və məcburi köçkünlərin torpaq həsrətindən yazan mediamız Qələbədən sonra ədalətli müharibənin nəticələrinə, işğaldan azad olunmuş ərazilərdə erməni vandallığının izlərinə, beynəlxalq təşkilatlarınsa bu vəhşiliyi görməzdən gəlməsi, susması reallığına daha çox üstünlük verməyə başladı;

2. Yeni və daha təcrübəli savaş müxbirlərinin, ən əsası praktik hərbi jurnalistlərin yetişməsinə nail olduq;

3. Milli medianın erməni dezinformasiyasına qarşı mübarizəsi daha peşəkar və sistemli şəkildə həyata keçirildi;

4. Azərbaycan mediasının dünya KİV-i ilə əməkdaşlıq coğrafiyasının daha da genişlənməsinə şərait yarandı.

Bir sözlə, 44 günlük Vətən müharibəsinin, xüsusən azad Şuşanın yaratdığı yeni reallıqlar həm də media sahəsində öz sözünü deyir və bu gün QALİB LİDER, QALİB ÖLKƏ, QALİB ORDU, QALİB XALQ obrazı ilə yanaşı, Azərbaycanın qalib mediası obrazı formalaşıb. Bu gün medianın öz ad gününü məhz azad Şuşada qeyd etməsi həmin obrazın daha bir nümunəsi, daha bir reallığıdır. Odur ki, doğum günün mübarək, QALİB AZƏRBAYCAN MEDİASI.

Rövşən Raqifoğlu

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri, filologiya elmləri doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH