Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşaya möhtəşəm səfər

Şuşaya möhtəşəm səfər

Bakı, 18 yanvar, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəhrəman əsgərlərimizin, Milli Ordumuzun qəhrəmanlığı sayəsində erməni işğalçılarından azad olunan Şuşaya səfəri, orada Azərbaycanın üçrəngli bayrağını ucaltması xalqımızın əhval-ruhiyyəsini bir qədər də yüksəldib. Bu səfər Prezident İlham Əliyevin söylədiyi hər bir fikir yaranmış suallara bir növ cavab idi. İlk növbədə, Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyulması strateji əhəmiyyət daşıyır. Bu, eyni zamanda, azad edilmiş rayonlarımızın inkişafı üçün çox önəmli layihədir. Müharibənin bitməsindən iki ay keçməsinə baxmayaraq, artıq bərpa və quruculuq işlərinə start verilib. Bütün imkanlar səfərbər olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlansın, vətəndaşlarımız öz doğma torpaqlarında qurub-yaratsınlar. Dövlətimizin başçısının bununla bağlı çoxsaylı sərəncamlarını və onların icrası çərçivəsində görülən tədbirləri xüsusi vurğulamaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Komitə sədri deyib: “Azərbaycan Prezidenti hərbçilər qarşısında çıxış edərkən dedi: “Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm”. Ancaq bu səfərlərin mahiyyəti fərqlidir. O zaman Prezident İlham Əliyev dövlət rəhbərinin övladı, bir vətəndaş kimi gəlmişdisə, bu dəfə isə müzəffər, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi səfər edir. Eyni zamanda, Şuşadan bütün Azərbaycana və dünyaya bəyan edir ki, bu torpaqlar tarixən də bizim olub, hər zaman da bizim olacaq. “Burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!” bəyanatı çox təsiredici, həm də məsuliyyətlidir. Ancaq Müzəffər Ali Baş Komandan bu müqəddəs işi, şərəf borcunu bizim qəhrəman hərbçilərimizə, cəsur, igid döyüşçülərimizə, övladlarımıza tapşırdı. Bir məsələni unutmayaq ki, bu müharibənin əsas iştirakçıları gənc nəslin nümayəndələri, heç vaxt Qarabağı görməyən, yalnız adını eşidən gənclər idi. Bir çoxları, beynəlxalq təşkilatların nümayəndələri, siyasətçilər deyirdilər ki, artıq yeni nəsil yetişib, onlar Qarabağı görməyiblər, bu, reallıqdır, siz bununla barışmalısınız. Ancaq Azərbaycan gəncliyi, yeni nəsil özü yeni reallıq yaratdı və tarixi torpaqlarımızı erməni işğalçılarından azad etdi. Məşhur şeirdə deyildiyi kimi: “Orada bir kənd var uzaqda, o kənd bizim kəndimizdir. Getməsək də, qalmasaq da, o kənd bizim kəndimizdir!!!” Bəli, yaşından, etnik, milli, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bu möhtəşəm Qələbə üçün öz səylərini birləşdirdi. Bu birlik, bu “dəmir yumruq” nəticəsində qısa müddətdə Vətən, yurd həsrətinə son qoyuldu.

Digər mühüm bəyanat isə Ermənistanda revanş haqqında düşünənlərə və onların havadarlarına idi. Biz son zamanlar bəzi təxribatçı halları müşahidə edirik, dezinformasiyalar yayılır ki, ermənilər güc toplayır. Ancaq onlar dəmir yumruğu yaddan çıxarmamalıdırlar. Prezident İlham Əliyev dediyi kimi, “bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər”.

Şuşaya səfər zaman Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidləri və Qazançı kilsəsini ziyarət edən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva vəziyyətlə yerində tanış oldular. Düşmən işğal dövründə dini abidələrimizi məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, yararsız vəziyyətə salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Fondun sədri, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik. Azərbaycanda hər zaman bütün dinlərin məbədləri qorunur. Hətta Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunur və təmir olunub. Ancaq ermənilərin nə etdiklərini də görürük. Bizim bütün dini, tarixi, mədəni abidələrimizi dağıdıblar, yararsız hala salıblar, onları təhqir ediblər. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına əsaslanan Beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli hesabatlar hazırlayırlar. Məhz cənab Prezidentin beynəlxalq təşkilatlara müraciətindən sonra onlar ölkəmizə səfər edərək, əsl həqiqəti öz gözləri ilə gördülər. Bu günlərdə Azərbaycanda səfərdə olan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər etdi. Baş direktor səfərlə bağlı bunları dedi: “Əvvəllər heç vaxt görmədiyimiz faciəni gördük. Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Biz çox istəyirik ki, beynəlxalq təşkilatlar öz hesabatlarında ikili standartlara yol verməsinlər, həqiqəti yazsınlar”.

Deputat qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Azərbaycan Prezidentinin bu büstlərin qarşısında qısa, lakin tarixi çıxışı zamanı bir daha ermənilərin insanlığa yaraşmayan hərəkətlərini, alçaq niyyətlərini ifşa etdi.

Dövlətimizin başçısının Molla Pənah Vaqifin dağıdılmış məqbərəsi qarşısında çıxışı isə mühüm siyasi hadisələrə tarixi ekskurs olmaqla yanaşı, həm də mühüm ismarışlar idi. Prezident İlham Əliyev bildirdi ki, bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idisə, digər tərəfdən onun məhz burada ucaldılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir.

Ermənilərin əsas məqsədi o vaxt yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlıların izini tədricən silmək, bu ərazini erməniləşdirmək idi. Bu məqsədin reallaşdırılmasının qarşısını isə Ulu Öndər kəsirdi. Onun səyləri, uzaqgörən siyasəti, o cümlədən Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilməsi, Dağlıq Qarabağda müəssisələrin yaradılması və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi nəticəsində bölgənin milli tərkibi Azərbaycanın xeyrinə xeyli dəyişmişdi və 1982-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin 25 faizini azərbaycanlılar təşkil edirdilər. Bu tarixi faktları misal göstərən İlham Əliyev qeyd etdi ki, əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər və beləliklə, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi, separatizm baş qaldıra bilməzdi. Bu, həqiqətən belədir.

Şuşaya səfər edən Prezident İlham Əliyevin dediyi bu səmimi sözlər hələ uzun müddət yaddaşlarda qalacaqdır: “Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz buna tam əminliklə inanırıq! Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada 400 minədək metallurgiya və elektrotexnika işçisi tətilə qoşulub

Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar

BMT: Hörmüz boğazında münaqişə nəticəsində 25 dənizçi həlak olub

Rubio G7 sammitində iştirak etmək üçün Parisə gedəcək

İstanbulda Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə olunub

Fransada etirazlar zamanı 70 min polis və jandarm xidmətə cəlb ediləcək

Qəbələdə Zəfər Gününə həsr olunan tədbirdə qəhrəmanlıq tariximizdən danışılıb

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində VİDEO

Qələbənin sədası xalq çalğı alətlərində VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib VİDEO

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib VİDEO

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub VİDEO

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub VİDEO

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb