SVAZİLEND KRALI 13-CÜ DƏFƏ EVLƏNMİŞDİR
AZƏRTAC Frans Press agentliyinə istinadla xəbər verir ki, Svazilend kralı III Msvati 13-cü dəfə evlənmişdir. Afrika qitəsində hazırda yeganə mütləq monarx olan 39 yaşlı kral 19 yaşlı Findayl Kembal ilə yalnız kral ailəsi üzvlərinin iştirak etdiyi qapalı mərasimdə nikah bağlamışdır.
III Msvati gələcək həyat yoldaşı Findaylı 2005-ci ildə məktəbə gedərkən görmüşdür. Kralın ona gözü düşəndən sonra Findayl məktəbi atmalı olmuşdur. III Msvati ilə nişanlanandan sonra qız çoxlu bahalı hədiyyə, o cümlədən BMV X5 avtomobili almışdır.
III Msvatinin 2005-ci ildə olmuş 12-ci toyu qalmaqalla başa çatmışdır. Kralın 12-ci arvadının anası monarxı onun 13 yaşlı qızını qaçırmaqda təqsirləndirmişdi.
III Msvati keçən həftə həm də 39 yaşını qeyd etmişdir. Bu münasibətlə keçirilən şənliklərə azı 2 milyon dollar xərclənmişdir. Halbuki, Afrika qitəsinin yeganə mütləq monarxı təxminən 1,1 milyonluq əhalisinin ölkənin 70 faizinin gündəlik gəliri cəmi 1 dollara yaxındır, yaşlıların 40 faizi isə İÇV daşıyıcısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]