Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Hörmətli İlham Heydər oğlu, 

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu gün Siz dövlət başçısı olaraq mərhum Prezident Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir, Azərbaycan Respublikasının sabit siyasi, iqtisadi və sosial inkişafının təmin olunması işinə sanballı töhfələr verirsiniz.

Tacikistanda ölkələrimizin ikitərəfli dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə çatmasını Sizin adınızla bağlayırlar. Bu münasibətlər etimadın yüksək səviyyəsi ilə xarakterizə olunur. Əminəm ki, Tacikistan və Azərbaycan xalqlarının köklü maraqlarına cavab verən bu təşəbbüslər gözlənilən səmərəni verəcək.

Bu xoş fürsətdən istifadə edib, Tacikistan-Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsində və dərinləşdirilməsində maraqlı olduğumuzu bir daha vurğulamaq istəyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin