Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycanın həyatının bütün sahələrində qazanılan və haqlı olaraq Sizin ali dövləti fəaliyyətinizlə bağlı sayılan uğurlar dost ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün geniş imkanlar yaradır. Qarşılıqlı faydalı Tacikistan-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi ölkələrimizin və xalqlarımızın rifahı və firavanlığı naminə mənim də can atdığım məqsəddir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu xoş gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ailənizə firavanlıq, bütün təşəbbüslərinizdə uğurlar diləyim.

Səmimiyyətlə,

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin