SİYASƏT
Tailandda insan hüquqları üzrə beynəlxalq seminar və treninq keçirilir
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 3-də Tailandın paytaxtı Bankonq şəhərində Beynəlxalq Ombudsmanlar İnstitutu və Asiya Ombudsmanlar Assosiasiyasının birgə təşkilatçılığı ilə beynəlxalq seminar və treninq keçirilir.
Tailand Ombudsman İnstitutunun yaradılmasının 13-cü ildönümünə həsr olunmuş beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova iştirak edir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Avropa və Asiya ölkələrindən insan hüquqları üzrə tanınmış beynəlxalq ekspertlərin, ombudsmanların və digər nümayəndələrin iştirak etdiyi seminar və treninqdə insan hüquqlarının müxtəlif aspektləri ilə bağlı mövzularda məruzələr dinləniləcəkdir.
Aprelin 6-dək davam edəcək tədbirlərdə E.Süleymanova çıxış edərək Azərbaycanda insan hüquqlarının təmin olunması və Ombudsmanın bu istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verəcəkdir.