TAİLANDIN KRALI ƏLAHƏZRƏT PUMİPON ADULYADETƏ
Əlahəzrət,
Ölkənizin milli bayramı - Kralın təvəllüd günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı əlaqələrimizin bütün sahələrdə genişlənməsi üçün real imkanlar açacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2002-ci il