ELM VƏ TƏHSİL
Tam orta məktəblərin VII sinifləri üçün “Fizika” dərsliyinin elmi-metodik baxımdan müzakirəsi aparılmışdır
Bakı, 31 yanvar (AZƏRTAC). Tam orta məktəblərdə “Fizika” fənni üzrə istifadədə olan dərsliklərin elmi-metodik monitorinqi ilə bağlı seminar olmuşdur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, seminarda tam orta məktəblərin 7-ci sinifləri üçün istifadədə olan “Fizika” dərsliyinin elmi-metodik baxımdan müzakirəsi aparılmışdır.
Müəllim və mütəxəssislərin iştirak etdikləri müzakirələrdə gələcəkdə yazılacaq “Fizika” dərsliklərində kurikulum üzrə məzmun standartlarının necə reallaşdırılması haqqında fikirlər bildirilmiş və təkliflər verilmişdir.