MƏDƏNİYYƏT
Tanınmış bəstəkar Nazim Əliverdibəyovun xatirəsi anılacaq
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 22-də Niyazinin ev-muzeyində tanınmış bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunmuş tədbir təşkil olunacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılacaq.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar-pianoçu Ülviyyə Hacıbəyovanın ifasında konsert proqramı ilə davam edəcək. Konsertdə bir sıra xalq və bəstəkar mahnıları ilə yanaşı, bəstəkarın müəllifi olduğu əsərlər də səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]