TANINMIŞ KİMYAÇININ YUBİLEYİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıt Şəhəri İcra hakimiyyətinin başçısı Vaqif Əliyev məşhur kimyaçı, Sosialist Əməyi Qəhrəmanı, prezident təqaüdçüsü Şəmşad Pənahovla görüşmüşdür.
Adlı-sanlı kimyaçının 75 illik yubileyi münasibətilə keçirilən görüşdə qeyd olunmuşdur ki, 1956-cı ildən taleyini Sumqayıtla bağlayan Ş.Pənahov uzun müddət şəhərin kimya müəssisələrində çalışmışdır. Ş.Pənahovun xidmətləri yüksək dövlət mükafatları ilə qiymətləndirilmişdir.
Yubilyara gül dəstəsi və qiymətli hədiyyə təqdim olunmuşdur.