ELM VƏ TƏHSİL
Tanınmış tarixçimizin əsəri xaricdə nəşr edilmişdir
Bakı, 1 aprel (AZƏRTAC). Azərbaycanın tarixçi alimi, professor Musa Qasımlının “Türkiyə-Sovet Sosialist Respublikaları İttifaqı münasibətləri. 1960-1980” adlı əsəri Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən nəşr edilmişdir.
AZƏRTAC xəbər verir ki, 600 səhifəlik əsər Azərbaycan, Rusiya, Türkiyə, ABŞ və Gürcüstanın arxiv materialları, eləcə də digər mötəbər mənbələr əsasında yazılmışdır. Türk dilində böyük tirajla nəşr edilən bu kitab bir neçə il əvvəl Bakıda və Moskvada Azərbaycan və rus dillərində nəşr edilmiş, mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir.
Qeyd edək ki, bu əsər professor Musa Qasımlının xarici ölkələrdə nəşr edilən sayca 9-cu kitabıdır.