MƏDƏNİYYƏT
Tanınmış uşaq yazıçısı ilə görüş
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası və Bakı Oksford məktəbi tanınmış uşaq yazıçısı, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına kitabxananın fəxri oxucusu Gülzar İbrahimova ilə görüş təşkil ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə yazıçı öz yaradıcılığından danışaraq vətənpərvərlik mövzusunda yazdığı şeir və nağıllara toxunub. Bakı Oksford Məktəbinin şagirdləri Gülzar İbrahimovanın şeirlərini söyləyiblər. Yazıçı uşaqlara mütaliə ilə bağlı məsləhətlər verib, kitablarını Bakı Oksford Məktəbinin kitabxanasına hədiyyə edib.
Gülzar İbrahimova şagirdlərin çoxsaylı suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]
“Supermen” filmindən ilk kadr yayımlanıb
- 07.05.2024 [11:28]
“Dəli yığıncağı” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində
- 07.05.2024 [11:25]
Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür
- 07.05.2024 [10:55]
Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür
- 07.05.2024 [10:54]