ELM VƏ TƏHSİL
Tarix Muzeyində H.Z.Tağıyev Klubu fəaliyyətini davam etdirir
Bakı, 21 sentyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində yaradılan H.Z.Tağıyev Klubu fəaliyyətini davam etdirir.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, klubun əsas məqsədi görkəmli xeyriyyəçi H.Z.Tağıyevin həyat və fəaliyyəti haqqında əsaslı bilgiləri paylaşmaq və gənc nəsli milli-mənəvi dəyərlərə sahib çıxmağa təşviq etməkdir.
Qeyd edək ki, klubun tədbirləri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən canlı və onlayn şəkildə təşkil olunur. Sentyabrın 21-dən etibarən kluba bütün yaş təbəqələrindən olan üzvlərin qəbulu elan edilir.
Kluba üzv olmaq istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər: 012-493-11-34; 055-665-52-57; 055734-76-64 Ünvan: MATM, H.Z. Tağıyev küçəsi 4.