CƏMİYYƏT
Tarix yaradan insan – Heydər Əliyev




Bakı, 28 sentyabr, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Tarix yaradan insan – Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Ümummilli Lider Heydər Əliyevin və xalqımızın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər milli dövlət quruculuğuna hədsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.
Çıxışlarda Ulu Öndərin Azərbaycanı ötən əsrin 90-cı illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas edərək davamlı inkişaf yoluna çıxardığı vurğulanıb. Qeyd olunub ki, Dahi Rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycan regionun lideri olmaqla bərabər, həm də beynəlxalq məkanda qüdrətli dövlət kimi nüfuz qazanıb.
Sonda Ümummilli Liderin mənalı ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.