ELM VƏ TƏHSİL
Tarixçi alimlərin yubileyləri ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək
Bakı, 11 fevral, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İnstitutun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov Elmi şuranın gündəliyində olan məsələlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
İclasda AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İdeal Nərimanovun 95, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun 100 illik yubileyləri ilə əlaqədar Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda beynəlxalq konfransın keçirilməsi qərara alınıb.
Tədbirdə, həmçinin bir sıra cari məsələlərə baxılaraq müvafiq qərarlar qəbul olunub.
Təqdim olunan mövzular ətrafında Elmi şuranın üzvləri çıxış ediblər.