Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi referendum: Türkiyə təkamül yoluna düzəliş edir

Tarixi referendum: Türkiyə təkamül yoluna düzəliş edir

Qardaş ölkədə Konstitusiyaya dəyişikliklərlə bağlı xalq səsverməsi aprelin 16-da uğurla başa çatıb. Seçicilər yeniləşməyə "hə" deyiblər. "Yox" deyənlər də az miqdar təşkil etmir. Ancaq səsvermənin maksimum demokratik qaydada keçirilməsi dəqiq nəticə almağa imkan verib. Dünyanın bir sıra dövlətlərindən reaksiyalar olub. Türkiyənin dostları təbriklərini göndəriblər. İlk olaraq Azərbaycan Prezidentinin təbrik etməsi qürurvericidir. Çünki dövlətimizin başçısı daim haqqın, ədalətin, demokratiyanın yanında olub. Avropa ölkələri növbəti dəfə qərəzlilik və ikili standartlar nümayiş etdiriblər. Onlar Türkiyənin daxili işinə qarışmağa cəhd göstərir və müxtəlif ittihamlar irəli sürürlər.

Referendum: demokratiya və müstəqil siyasətə "hə"

Türkiyə tarixi bir mərhələni keçməkdədir. Cümhuriyyət dönəmində ilk dəfədir ki, idarəetmə sistemi dəyişir. Aprelin 16-da keçirilən referendumda dəyişikliyə 51,49 faiz səs verib. Müxtəlif bölgələrdə fərqlər özünü göstərib. Ekspertləri daha çox İstanbul, Ankara, İzmir və Antalyada "yox" deyənlərin üstünlük təşkil etməsi maraqlandırıb. Həmin şəhərlərdə dəyişikliklərə dəstək verənlərin çox olacağı gözlənilirdi. Əslində, cavablar arasındakı fərq böyük deyil - təqribən bərabərdir. Lakin anketlərdə başqa rəqəmlər var idi.

Referendumdan dərhal sonra dünya ictimaiyyəti nəticələrə reaksiyalar verib. Prezident Rəcəb Tayyib Ərdoğanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev təbrik edib. Sonra Qətər, Fələstin və Səudiyyə Ərəbistanından təbriklər gəlib. Avropa və ABŞ-dan isə münasibət fərqli olub. Rusiya, Çin və İran susub. Belə təəssürat yaranır ki, referenduma dünya dövlətləri çox ciddi əhəmiyyət verib. Sözün həqiqi mənasında bu hadisə tarixidir.

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri özünü daha çox hakim kimi aparıb. Faktiki olaraq bu xanım Türkiyənin daxili işlərinə qarışaraq hökumətə məsləhətlər verməyə belə cürət göstərib. Onun fikrincə, Türkiyə Konstitusiyaya dəyişikliklərə yenidən baxmalı və "yox" deyənlərin fikrini nəzərə almalıdır. K.Piri onu da vurğulamağı unutmayıb ki, Türkiyədə hakimiyyətə qarşı olan qüvvələri dəstəkləməkdə davam edəcəklər (bax: AP Türkiye raportöründen Türkiye açıklaması / "Habertürk", 16 aprel 2017).

Bu münasibətə təəccüb etmirik, çünki Avropada islamofobiya artıq siyasətin məzmununa daxil olub. Onlar Azərbaycanda keçirilən seçkilərə də eyni münasibət göstəriblər və bu ikili standartlar davam edir. Düşündürücü odur ki, Brüsseldə hələ də müsəlman dövlətlərinin daxili işlərinə qarışmağa haqlarının olduğunu hesab edirlər.

ABŞ-ın reaksiyası da bir qədər müəmmalıdır. Dövlət Departamenti ilk olaraq ATƏT-in referendumla bağlı hesabatını gözləyəcəklərini bildirsə də, sonradan Prezident Tramp Türkiyə Prezidentini təbrik edib. Almaniyanın xarici işlər naziri isə prosesin başa çatmasından razı qaldıqlarını bəyan edib. Bununla ölkədə türklərin təbliğat kampaniyasından yaxa qurtardıqlarını söyləyib.

Avstriyanın xarici işlər naziri adəti üzrə antitürkiyə mövqeyini bir daha ifadə edib. Referendumun nəticəsinin Türkiyə ilə əməkdaşlığın davam etdirilməsinin təhlükəli olduğunu göstərdiyini deyib. Guya cəmiyyət iki yerə parçalanıb (bax: Avusturya'dan referandum açıklaması / "Habertürk", 17 aprel 2017).

Lakin o, nədənsə, Avstriyada radikal, ultramillətçi, müsəlman düşməni bir siyasətçinin az qala prezident seçilə bilməsini bu yöndə təqdim etmədi. Əslində, belə bir siyasətçiyə səs vermiş bir ölkə ilə əməkdaşlığın nə dərəcədə faydalı ola biləcəyini müsəlman dövlətləri fikirləşməlidirlər.

Şübhəsiz ki, digər ölkələrdən də fərqli yanaşmalar olacaq. Qərbin müsəlman dövlətlərinə olan münasibətinin əyani göstəricisi İraq, İran, Suriya və başqalarına qarşı atılan addımlardır. Ancaq Türkiyə məsələsi daha strateji və önəmli məqamlarla əlaqəlidir. Çünki, birincisi, Türkiyə regionun ən güclü və nüfuzlu ölkəsidir, ikincisi, referendumun nəticəsi faktiki olaraq kənar qüvvələrin əl-qolunu bağlayır. Onların Türkiyənin daxili işlərinə qarışmaq və cəmiyyətdə xaos yaratmaq şansları minimuma enir. Parlamentdə demokratiya pərdəsi altında dövləti parçalamaq siyasətləri boğazlarında qalır. Bəzi etnik qruplara vədlər verərək, onlardan antimüsəlman ideoloji məqsədlərlə istifadənin üstünə bir daş qoyulur. ABŞ, Avropa, yaxud başqa bir böyük dövlət olsun, Türkiyənin dövlət idarəetməsinə təsir göstərə bilməyəcək. Bütün bunlara görə Ankaranın dostları sevinir, dərhal təbriklər göndərir, düşmənlər isə müxtəlif bəhanələr uydurmağın izinə düşürlər.

Narahat olanlar: antimüsəlman mərəzi və geosiyasət

Yaranmış vəziyyəti dolğun ifadə edən siyasətçilərdən biri Dövlət Baxçalıdır. O, referendumdan sonra bəyan edib ki, daxildə və xaricdə Türkiyənin təhlükəsizliyinə ciddi təhdidlər var. Terror qruplarını ölkədə xaos yaratmağa qısqırdan güclər hələ də iş başındadırlar. Həmin səbəbdən, D.Baxçalıya görə, "milli iradənin "bəli"yə üstünlük verməsi ilə dövlət və siyasət həyatımızda yeni bir mərhələyə qədəm qoyulub" (bax: Devlet Bahçeli'den referandum sonuçlarına ilişkin açıklama / "Habertürk", 16 aprel 2017).

Bütün bunlar Türkiyədə yekunlaşan referendum marafonunun geosiyasi mənasını analiz etməyə imkan verir. Hər şeydən əvvəl, açıq görünür ki, söhbət olduqca əhəmiyyətli və prinsipial mövzudan gedir. Ankara tarixi təkamül istiqamətinə düzəliş etməyi planlaşdırır. Rəsmi orqanların dediyinə əsasən, bu proses xeyli əvvəl başlayıb. Hələ Alparslan Türkeş, Süleyman Dəmirəl, Nəcməddin Ərbakan prezident üsul-idarəsinə keçid məsələsini gündəmə gətirməyə çalışıblar. Lakin onların planlarını xarici qüvvələr pozublar.

Əsas səbəb odur ki, milli azlıq faktorundan istifadə edib, Türkiyədə demokratiya adı altında cəmiyyəti parçalayır və qarşıdurmalar yaradırdılar. Eyni şeyi, məsələn, Ermənistan kimi kiçik ölkələrə qarşı etmirlər. Çünki əvvəlcədən ermənilərə ölkədən erməni olmayanları deportasiya etməyi məsləhət görüblər. İndi Ermənistanda ermənidən başqa olan da ermənidir. Belə bir cəmiyyətdə parlamentar sistem faydalı ola bilər.

Təcrübə göstərir ki, müsəlman dövlətlərinə qarşı tamamilə fərqli mövqe tuturlar. Onlarda demokratiya bəhanəsi ilə separatçılığı, ayrı-seçkiliyi, fərqliliyi, bölünməni, psixoloji və mədəni dözümsüzlüyü körükləməyə çalışırlar. Buna görə də belə dövlətlərdə bir qədər fərqli idarəetmə modeli faydalıdır. Türkiyə, Qazaxıstan və Azərbaycan bu aspektdə öz işlərini mükəmməl şəkildə qururlar və kənardan kimsənin məsləhətinə ehtiyacları yoxdur.

Belə çıxır ki, konstitusiya dəyişikliyi ilə bağlı referendum Türkiyənin müstəqil xarici və daxili siyasət yeritmək iradəsinin təsdiqidir. Mürəkkəb və qarışıq bir dövrdə millətin strateji məsələdə hakimiyyəti dəstəkləməsi həqiqətən böyük hadisədir. D.Baxçalı bu kontekstdə olduqca haqlıdır.

Sonra, aydın hiss olunur ki, müsəlmanlara dost olmaq istəməyənlər səsvermənin nəticələrinə qarşı şübhə yaratmaqda davam edəcəklər. Bunu bəhanə edərək onlar etiraz aksiyaları, çaxnaşmalar, müqavimət dalğası yaratmağa çalışa və hətta yeni terror aktları törətməyə cəhdlər göstərə bilərlər. Artıq İstanbul və İzmirdə belə bir hal qeydə alınıb. Kiçik qruplar aranı qarışdırmağa çalışıblar. Türk polisi dərhal onları sakitləşdirib.

Bunların fonunda Suriya və İraqda da antitürkiyə aksiyalarını təşkil edə bilərlər. Avropa İttifaqına gəldikdə isə, bu təşkilatın daha ehtiyatlı mövqe tutması proqnozlaşdırılır. Çünki indi Brüssel Ankara ilə münasibətləri kəskinləşdirməkdə maraqlı deyil - özü nüfuzdan sürətlə düşməkdədir. Həm də təşkilata üzv dövlətlərdə radikal milliyyətçilik, təcridçilik, müsəlman düşmanlığı vüsət alır. Güman etmək olar ki, Türkiyənin özü Aİ-yə inteqrasiya siyasətini elə də qabartmayacaq. Ankara artıq müstəqil regional güc keyfiyyətində siyasət yeritməyə üstünlük verir. Bu tendensiyanın güclənəcəyini proqnozlaşdırmaq olar.

ABŞ-Türkiyə münasibətlərində isə müsbətə doğru irəliləyişlərin olması ehtimalı az deyil. Donald Tramp güclü liderlərlə işləməyə üstünlük verir. Həm də çox vacib bir mərhələdə Vaşinqton Ankara ilə Moskvanın daha da yaxınlaşmasını istəməz. Bütövlükdə 16 aprel referendumundan sonra Türkiyənin Yaxın Şərq, Afrika, Qafqaz və Mərkəzi Asiya istiqamətlərində daha da fəallaşacağını gözləmək olar. Bununla yanaşı, konkret hansı proseslərin irəli çıxacağını zaman göstərəcək. Biz yalnız təxmin edə bilərik.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var