TARKAN MOSKVADA KONSERTLƏR VERƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tarkan yayın ilk günlərində Moskvaya qastrol səfərinə yola düşəcəkdir. O, “Lujniki” idman sarayında iki konsert verəcəkdir. Tarkanın çıxışı indi Rusiyada keçirilən Türkiyə mədəniyyəti günləri proqramına salınmışdır. Öncə müğənninin yalnız bircə dəfə - iyunun 2-də konsert verəcəyi nəzərdə tutulmuşdu. Lakin oynaq, zövq oxşayan mahnıları ilə dinləyicilərin qəlbini ovsunlamış müğənnini dinləmək arzusunda olanlar həddən çox olduğundan, proqrama ikinci əlavə konserti də daxil edilmişdir.
Tarkan Moskvada məşhur şlyagerlərini səsləndirəcək, özünün sayca beşinci albomunu tamaşaçılara təqdim edəcəkdir. Alboma onun populyar mahnıları və türk xalq mahnıları daxildir. Həm bəstəkar, həm də müğənni olan Tarkan əmindir ki, onun Türkiyədə hamı tərəfindən bəyənilən yeni işi Rusiya dinləyicilərinin də ürəyincə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [16:15]
Anatomiya Muzeyinin ən qədim eksponatları: mumiyalanmış insan qalıqları
- 16.11.2026 [15:17]
Yeni “25-ci kadr” platformasında “Qızıl Ayı” mükafatlı film təhlil olunub
- 16.11.2026 [11:21]