TAYVANDA GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
Bakı, 4 mart (AZƏRTAC). Martın 4-də səhər Tayvan adasında Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş vermişdir. Nəticədə elektrik enerjisi təchizatında fasilələr yaranmış, sürət qatarlarının hərəkəti dayandırılmışdır. Yanğınlar və dağlıq ərazilərdə torpaq sürüşmələri qeydə alınmışdır. Bir çox binalar və tikililər zədələnmişdir. İrimiqyaslı zərər barədə hələlik məlumat yoxdur.
Zəlzələnin episentri Pindun şəhərindən 43 kilometr məsafədədir. Taynan, Tsyai, Taydun, Yunlin qəzalarında, habelə Taybee və Haosyun kimi iri şəhərlərdə sakinlər yeraltı təkanların yaratdığı titrəyişləri hiss etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [13:02]
Marin Lö Pen: Prezident seçilsəm, Ukraynaya maliyyə yardımını dayandıracağam
- 17.11.2026 [13:01]
Cənubi Koreya 1 trilyon dollarlıq ixrac göstəricisinə yaxınlaşır
- 17.11.2026 [12:25]
Moskva aeroportları dron hücumları səbəbindən gecə boyu işləməyib
- 17.11.2026 [12:18]
Sofi Bine: Emmanuel Makronun onillik hakimiyyəti fəlakətli dövr olub
- 17.11.2026 [11:54]
Alıcılıq qabiliyyətinin azalması fransızların qida vərdişlərini dəyişdirib
- 17.11.2026 [11:32]