Tayvanda hərbi bazada partlayış baş verib
Bakı, 24 iyul, AZƏRTAC
Tayvanın şimal-şərqində yerləşən hərbi bazada baş verən partlayış nəticəsində azı doqquz nəfər xəsarət alıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Həkimlər onlardan ikisinin vəziyyətini ağır qiymətləndirir.
Hadisə yerli vaxtla saat 15:00-da Tzilun şəhəri yaxınlığında yerləşən “Syanfen” hərbi bazasında qeydə alınıb. Hərbi hissənin silah anbarında yoxlama zamanı 120 millimetrlik minaatan mərmisi partlayıb.
İnsidentin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]