TAYVANDA ZƏLZƏLƏ
Çərşənbə günü Tayvanin şimal-şərq sahilində Rixter cədvəli ilə 6,2 bal gücündə zəlzələ olmuş, lakin nəzərəçarpacaq dərəcədə zərər dəyməmişdir. Adanın baş şəhəri olan Taybeydə metro qatarlarının hərəkəti təcili surətdə müvəqqəti dayandırılmışdır. Şəhərdə yeraltı təkan təxminən bir dəqiqə hiss olunmuş və çoxmərtəbəli binaları titrətmişdir.
İTAR-TASS-ın verdiyi xəbərə görə, yerli vaxtla 11.45-də baş vermiş zəlzələnin episentri Tayvanın şimal-şərq sahilindən 9,3 kilometr aralıda, okeanın 5 kilometr dərinliyində olmuşdur.
Bu ada yüksək seysmik fəallıq zonasında yerləşir və 1999-cu ildə Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ nəticəsində orada 2,4 mindən artıq adam həlak olmuşdu. Bu ilin mart ayında 6,8 bal gücündə yeraltı təkan 5 sakinin həyatına son qoymuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [23:33]
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
- 06.11.2026 [23:06]
Tramp Ağ Evin aparat rəhbərini dəyişir
- 06.11.2026 [22:32]
Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]