TBİLİSİDƏ 6 EV YANMIŞDIR
Tbilisi, 12 sentyabr (AZƏRTAC). Sentyabrın 11-də Tbilisi şəhərində baş vermiş yanğın nəticəsində 6 ailə evsiz qalmışdır.
Hadisə paytaxtın Batumi küçəsindəki ümumi yaşayış məhəlləsində baş vermiş, qısa müddət ərzində burada yerləşmiş 6 ev və bir mağaza tamamilə yanmışdır.
Alov elə güclü və sürətlə yayılmışdır ki, sakinlər evlərindən bir əşya belə götürə bilməmişlər.
Yanğının başvermə səbəbi hələlik məlum deyildir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]