SİYASƏT
Tbilisidə KİV nümayəndələrinin IX Cənubi Qafqaz konfransı açılmışdır
Tbilisi, 11 oktyabr (AZƏRTAC). Oktyabrın 11-də Tbilisidə kütləvi informasiya vasitələri nümayəndələrinin IX Cənubi Qafqaz konfransı işə başlamışdır.
Konfransın iştirakçısı olan “Aebanu Assosiates” konsaltinq şirkətinin direktoru Duqlas Qriffin AZƏRTAC-a eksklüziv müsahibəsində demişdir: “Konfransda hər üç Cənubi Qafqaz dövlətindən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı yaxşı haldır.
Tədbir iştirakçıları öz ölkələrində medianın inkişafı, söz azadlığı məsələləri və bu sahədə mövcud problemlər, onların aradan qaldırılması yolları barədə fikir və mülahizələrini söyləyirlər. Əsasən söz, fikir azadlığına həsr olunması baxımından belə konfranslar mühüm əhəmiyyət kəsb edir, xüsusi xarakter daşıyır. Konfrans problemlərin həlli yollarının axtarılması baxımından da səmərəlidir. Konfransda iştirak edən Azərbaycan nümayəndələri ilə tanış olmağımdan çox məmnunam”.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi