İDMAN
Tbilisidə Nona Qaprindaşvili kuboku uğrunda Beynəlxalq turnir davam edir
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan, Braziliya, İran və Ermənistandan 265 şahmatçı iştirak edir.
“A” turnirində yeddi turdan sonra 6 xal toplamış Luka Payçadze irəlidə gedir. Üç oyunçu ondan yarım xal geri qalır. Qızların turnirində gürcüstanlı Maya Lomineişvili irəlidədir. Onun 4,5 xalı var. Azərbaycan nümayəndələri Müşfiq Əsgərovun - 4, Vüsal Abbasovun isə 2,5 xalı var.
Səkkizinci tur üçün püşkatmanın nəticələrinə görə, M.Əsgərov beynəlxalq dərəcəli usta gürcü Meri Arabidze ilə görüşəcək, Vüsal Abbasovun rəqibi isə İraq şahmatçısı Əhməd Əli Layt olacaqdır.
Turnir İsveçrə sistemi üzrə “A” və “B” kateqoriyalı turnirlərlə festival, habelə 8, 10 və 12 yaşlı idmançılar arasında yarışlar şəklində keçirilir.
Nona Qaprindaşvili kuboku uğrunda Beynəlxalq turnir sentyabrın 17-də başa çatacaqdır.