TBİLİSİLİLƏRİN BİRSAATLIQ VAHİMƏSİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 25-də axşam Tbilisi səmasından uçan təyyarədən çıxan qara tüstü şəhər sakinlərini təşvişə salmış, şayiə yayılmışdır ki, təyyarə qəza vəziyyətində olduğundan Tbilisi hava limanına enmişdir.
Birsaatlıq vahimədən sonra aydın olmuşdur ki, qara tüstünü Bakıya uçan “AN-12” tipli yük təyyarəsi buraxmış və o, normal vəziyyətdə Tbilisi hava limanına deyil, Bakı hava limanına enmişdir.