SİYASƏT
TBMM-İN NÜMAYƏNDƏ HEYƏTİ FƏXRİ XİYABANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR
Bakı, 28 oktyabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici işlər komissiyasının sədri Murad Mərcanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 28-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, türk dünyasının lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər güllər düzmüş, “Əbədi məşəl” abidəsinin və şəhid türk əsgərlərinin memorialının önünə əklil qoymuşlar.
######