DÜNYA
TDƏŞ-in baş katibi Qazaxıstanın xarici işlər naziri ilə görüşüb
İstanbul, 19 sentyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev Astanada Qazaxıstanın xarici işlər naziri Kayrat Abduraxmanov ilə görüşüb.
TDƏŞ-in katibliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə təşkilatın səmərəli fəaliyyəti və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Həmçinin Şuranın VI Zirvə görüşünün nəticələri yüksək qiymətləndirilib.
Baş katib B.Amreev rəhbərlik etdiyi təşkilatın gələcək fəaliyyət proqramı, o cümlədən Türkiyə rəsmiləri ilə keçirdiyi görüşlərin nəticələri, təşkilatın əməkdaşlıq əlaqələrinin vəziyyəti və s. barədə ətraflı məlumat verib.
Xarici işlər naziri Kayrat Abduraxmanov TDƏŞ-in baş katibi seçilməsi münasibətilə B.Amreevi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Vurğulayıb ki, ölkəsi Türk Şurasının fəaliyyətini bundan sonra da dəstəkləyəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul