Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBABƏT XƏBƏRLƏRİ

Kuba diyetoloqları orqanizmin həyat qabiliyyətini artırmaq və onu bir çox xəstəliklərdən qorumaq üçün portağal yeməyi məsləhət görürlər. Tərkibində “S” vitamininin çoxluğu nəzərə alınmasa, portağalın müalicəvi xüsusiyyətlərə malik olduğunu çoxları bilmir. Portağal insan orqanizminin fiziki və emosional tarazlığı üçün lazım olan mineral duzlarla da zəngindir. Onun tərkibində dəmir, kalium, kalsium, fosfor və digər elementlər var. Bunlar isə qanın tərkibindəki zərərli maddələrlə mübarizə aparmağa kömək edir, öz funksiyalarını daha yaxşı yerinə yetirmək üçün hüceyrələrin həyat qabiliyyətini artırır.

Portağal şirəsi, sadəcə, yaxşı əhval-ruhiyyəni və güclü həyat fəaliyyətini qoruyub saxlamaq üçün məsləhət görülür. Bu meyvənin şirəsi ilə müalicə edilən xəstəliklərə gəldikdə isə, mütəxəssislər mədə xorası və qastrit istisna olmaqla, digər xəstəlikləri - revmatizm, yuxusuzluq, ürək döyüntüsü, öddaşı, intoksikasiya, babasil, iştahasızlıq, piylənmə və bir çox digər xəstəlikləri misal gətirirlər.

Portağal şirəsini içməzdən bilavasitə əvvəl hazırlamaq lazımdır ki, müalicəvi keyfiyyətlərini itirməsin.

x x x

Ana olmağa hazırlaşan qadınlara gün altında daha çox olmaq məsləhət görülür, çünki günəş şüasının və D vitamininin çatışmazlığı gələcəkdə uşaqda şizofreniyanın inkişafına gətirib çıxara bilər.

Avstraliyadakı Kvinslənd mərkəzinin professoru Con Makqraft siçovullar üzərində bir sıra təcrübələr keçirərək, müəyyən etmişdir ki, D vitaminindən məhrum olan dişi siçovulların törəmələrinin beynində şizofreniya xəstələrinin beynindəki kimi anomaliyalar müşahidə olunur. Üzərində təcrübə aparılan dişi siçovulların balaları özlərini həddindən artıq həyəcanlı aparırdı ki, bu da həmin heyvanlar üçün normal vəziyyət deyildir. Tədqiqatlar onu da sübut etdi ki, D vitamini çatışmazlığı olan yaşlı dişi siçovulların əsəb sisteminin hüceyrələrini əmələ gətirən genlər bir o qədər fəal olmur. Professor Makqraft öz təcrübələri əsasında belə nəticəyə gəlmişdir ki, hamilə qadınların orqanizmində “günəş” vitamininin çatışmazlığı dölün beyninin inkişafına mənfi təsir göstərir.

Alimin fikrincə, bu baxımdan, əslən Karib dənizi və yaxud Afrika regionlarından olub, şimal ölkələrinin ərazilərində, o cümlədən Böyük Britaniyada doğulmuş insanlarda şizofreniyanın inkişaf risqi dörd dəfə çoxdur. Çünki “ağbənizli” insanlarla müqayisədə, qara dərili adamların D vitamininə daha çox ehtiyacı var.

Günəş şüası ilə yanaşı, pendir, yağ, marqarin, xama, süd, balıq və s. ərzaq məhsulları və taxıl bitkiləri D vitamini mənbəyidir. Lakin professor Makqraft xəbərdarlıq edir ki, orqanizmdə bu vitaminin həddindən çox olması da təhlükəlidir və inkişaf etməkdə olan dölə mənfi təsir göstərə bilər.

X X X

Qadın gözəlliyi və məlahəti bütün zəmanələrdə “zərif məxluq”un həm yenilməz qüvvəsi, həm də var-dövlət mənbəyi olmuşdur, amma siqaret çəkmək bu gözəlliyə və məlahətə hələ gənclik illərində getdikcə daha çox qənim kəsilir. Dünya Səhiyyə Təşkilatının (DST) son tədqiqatına görə, gənclər siqaretə aludə olurlar, özü də siqaret çəkməkdə qızlar oğlanları geridə qoyurlar.

DST-nin məlumatına görə, 17 yaşınadək qızların 26,9 faizi, oğlanların isə 21,2 faizi siqaret çəkir. 12-14 yaşlı qızların 5,6 faizi gündə azı bir siqaret çəkərək, öz gözəlliyini və sağlamlığını tütünlə məhv edirlər. Bu yaşda belə zərərli vərdişə mübtəla olan oğlanların sayı isə hələlik 2,5 faizdir.

Həkimlər bu vəziyyətdən son dərəcə narahatdırlar. Odur ki, Fransada hətta yeni həkim ixtisası meydana gəlmişdir - yeniyetmələr üçün tütünşünas. Onlardan biri - Anna Bornö hesab edir ki, əgər bəşəriyyət bu zərərli vərdişin yayılmasının qarşısını almasa, yeniyetmələrin siqaret çəkməsi “üçüncü minilliyin sanitariya fəlakəti”nə gətirib çıxara bilər.

Nə üçün qızlar daha çox siqaret çəkirlər? Tütünşünas həkimin fikrincə, oğlanlara nisbətən onlar depressiyalara daha tez-tez məruz qalır və siqaretə oğlanlardan daha tez vərdiş edirlər. Qızlar yaşa dolduqdan sonra hər hansı stresi bir neçə qullabla aradan qaldırmağa öyrəşirlər. Bundan əlavə, kökəlməkdən qorxmaq kimi əzəli qadın iztirabı da burada müəyyən rol oynayır. Gündə 20 siqaret çəkmək 200 kalorini yandırır, iştahı öldürür və çoxları kökəlməmək üçün zərərli vərdişi tərk etməməyi üstün tutur.

Nikotinin zərbəsini birinci olaraq dəri qəbul edir və buna görə də tez qocalır, çünki tütün dərinin hüceyrələrində gedən oksidləşdirici-bərpaedici prosesləri pozan sərbəst radikallar əmələ gəlməsinə kömək edir. Həkimlər deyirlər ki, xoşbəxtlikdən, bu prosesi dayandırmaq mümkündür, - siqaret tərgidildikdən artıq bir neçə həftə sonra cavanlaşma aydın nəzərə çarpır. Saçlar da canlanır və sağlamlaşır. Dişlər xüsusi narahatlıq obyektidir - onların xəstəlikləri də əsasən siqaret çəkməklə bağlıdır. Fransanın bir sıra diş həkimləri xəstə siqareti tərgitməyincə, onların dişlərini müalicə etməkdən boyun qaçırırlar, çünki damaqlar çox gec sağalır. O ki qaldı gələcək analara, onlar bilməlidirlər - siqaret çəkən qadının uşağı sağlam olmaz, belə analarda uşaqsalma və vaxtından əvvəl doğuş bir neçə dəfə çox olur.

Təəssüf ki, yaşlı fransızların özləri pis nümunə göstərirlər və indi ölkədə siqaretçəkmənin nəticələrinin səbəb olduğu xəstəliklərdən hər il 55 min kişi və beş min qadın ölür. Həkimlərin proqnozuna görə, on ildən sonra bu rəqəm artıb 165 və 55 minə çata bilər. Bəs insanları bu ölüm təhlükəsindən kim müdafiə edəcəkdir? Həkimlər deyirlər: “Yalnız özləri, bir şərtlə ki, siqareti birdəfəlik tərgitsinlər”.

X X X

Afrika Birliyi Təşkilatı xəbərdarlıq edir ki, Böyük Səhradan cənubdakı Afrika ölkələrində 28,1 milyon adamın tutulduğu QİÇS epidemiyası bu region dövlətlərinin “milli təhlükəsizliyinə” və inkişafına real qorxu törədir.

İTAR-TASS xəbər verir ki, proqnozlara görə, 2005-ci ildə afrikalı 47 yaşınadək çətin ki yaşasın. Bu isə son iyirmi il ərzində onun ömrünün 15 il gödəlməsi deməkdir. BMT-nin məlumatına görə, elə indinin özündə Botsvanada, Malavidə, Mozambik və Svazilenddə ömür uzunluğu 40 ildən də azdır. Ekspertlər həmçinin proqnozlaşdırılar ki, 2010-2015-ci illərdə Namibiya və Zimbabvedə ömür uzunluğu 50 il, 4 milyon adamın QİÇS-dən əziyyət çəkdiyi CAR-da isə 42 il olacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb