TƏBABƏT XƏBƏRLƏRİ
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri illik həcmi 5 milyon tondan çox olan dünya xurma bazarının beşdə bir hissəsini təmin edirlər. 30-dan artıq ölkənin iştirak etdiyi dünya “səhra meyvələri” bazarında onların payı getdikcə artır.
Xurma təkcə ərzaq məhsulu kimi qiymətləndirilmir. Ərəblər onu dərman hesab edirlər. Xalq arasında deyirlər:“Xurma ye ki, dişlərin sağlam olsun”. Deyilənə görə, maqneziumla zəngin olduğu üçün xurma xərçəng xəstəliyinin qarşısını alır. Bu meyvə görmə və eşitmə sinirlərinə təsir edərək, onları qoruyur. Xurmanın tərkibində çoxlu dəmir, fosfor, mineral duzlar, “A” və “B” vitaminləri var. Mütəxəssislərin fikrincə, on ədəd xurma orqanizmin maqneziuma, misə, kükürdə gündəlik tələbatını tamamilə, dəmirə tələbatının yarısını, kalsiuma və kaliuma tələbatının isə dörddə birini təmin edir.
X X X
Yaponiyanın tibbi ölçmə çihazları bazarı “Palm-tex” şirkətinin hazırladığı yeni yığcam elektron qurğu ilə zənginləşmişdir. Bu cihazı ovucda tutmaqla ürəyin elektrokardioqramını çıxarmaq mümkündür.
Maye kristallı monitor və üç sensorla təchiz olunmuş 6x12 santimetr ölçülü, 200 qramlıq cihazı ovucda tutmaq və ya ürək nahiyəsinə qoymaq lazımdır. O, yarım dəqiqə ərzində bütün lazımi parametrləri ölçüb əyri xətlər şəklində monitorda əks etdirir. Daha yeddi saniyədən sonra isə cihaz qəti nəticəni göstərir - məsələn, “çatışmazlıq yoxdur” və ya “həkimə müraciət edin”.
İTAR-TASS xəbər verir ki, cib elektrokardioqrafı bir il ərzində satışa buraxılacaqdır. Bilənk və ya barmaq vasitəsilə təzyiqi ölçən miniatür tonometrlər kimi, o da məişət texnikası mağazalarında və apteklərdə satılacaqdır. Cihazın ilkin qiyməti 38 min iena (310 dollar) olacaqdır.