Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBABƏT XƏBƏRLƏRİ

ABŞ Prezidenti yanında Milli Kəşfiyyat Şurası belə bir dəhşətli proqnoz verir: 2010-cu ilədək Rusiya əhalisinin 8 faizindən 10 faizinə qədəri immunitet çatışmazlığı virusunun (İÇV) daşıyıcısı olacaqdır. 

Şuranın məlumatına görə, ötən ilin sonlarında Rusiyda 700 minədək adamın bu virusa yoluxduğu qeydə alınmışdır. Onlar əsas etibarilə narkomanlardır. Alimlərin proqnozlarına görə, səkkiz ildən sonra bu rəqəm on dəfədən də çox arta bilər. Məruzənin müəllifləri bildirirlər: “Rusiya o qədər çox problemlərlə qarşılaşır ki, İÇV-nin və QİÇS-in yayılması məsələsi hələ uzun müddət çətin ki xüsusi diqqət cəlb etsin”.

Ameirika alimlərinin fikrincə, Rusiya ilə yanaşı, Çin, Hindistan, Efiopiya və Nigeriya da QİÇS-in yayılması ilə bağlı ciddi problemlərlə üzləşəcəklər. Ekspertlər bildirirlər ki, bu beş ölkənin əhalisi Yer kürəsi əhalisinin 40 faizini təşkil edir. 2010-cu ilədək İÇV-yə yoluxanların 50-75 milyona qədəri onların payına düşəcəkdir.

Bir çox epidemioloqların qənaətinə görə, məruzədəki rəqəmlər çox şişirdilib və vəziyyət, əslində, heç də belə qorxulu deyildir. Bununla belə, QİÇS, vərəm və malyariya əleyhinə beynəlxalq mübarizə fondunun direktoru Riçard Fiçem hesab edir ki, tədqiqatın müəllifləri, necə deyərlər, məsələnin mahiyyətinə varırlar. R.Fiçem deyir: “Həmin problemə xüsusi diqqət yetirmək son dərəcə vacibdir, bu halda onun müzakirəsi beynəlxalq səviyyədə aparılar”.

İTAR-TASS-ın verdiyi xəbərə görə, hazırda dünyada 42 milyon İÇV daşıyıcısı yaşayır, BMT ekspertlərinin gümanına görə isə səkkiz ildən sonra onların sayı 60 milyon nəfərə çatacaqdır. Milli Kəşfiyyat Şurasının nümayəndələri isə daha dəhşətli rəqəmlər göstərirlər - 80 milyondan 110 milyon nəfərədək.

ABŞ Prezidenti yanında Milli Kəşfiyyat Şurası mühüm strateji məsələlərə dair öz tövsiyələrini təkcə dövlət başçısı üçün deyil, həm də Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon, Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və digər hökumət idarələri üçün də hazırlayır.

X x x

Harada oturmaq daha məqsədəuyğundur - siqaretdən tüstü-dumana bürünmüş barda, yoxsa, avtobusun tüstü borusunun yanında? Söhbət belə ağlagəlməz seçimdən gedərsə, Nyu-Yorkun hakimiyyət orqanları avtobusu seçməyi tövsiyə edirlər. Onlar iddia edirlər ki, barların havası avtomobil tıxacları olan küçələrdəkindən qat-qat zəhərlidir.

Şəhərin səhiyyə departamenti ən dəqiq cihazların köməyi ilə keçirdiyi araşdırmalar əsasında bu nəticəyə gəlmişdir ki, siqaret çəkməyə icazə verilən adi barın havasındakı zərərli maddələr Qudzon çayı altından keçən, avtomobil axınının ucu-bucağı görünməyən Holland tunelinin girəcəyindəkindən 50 dəfə çoxdur.

Əgər siqaret çəkilən bardakı havanın vəziyyəti ilə Nyu-Yorkun Mərkəzi parkındakı havanın vəziyyəti müqayisə edilsə, barın havası yüz dəfədən də artıq çirkli olacaqdır.

Beləliklə, Nyu-York şəhərinin meri Maykl Blumberq son elmi məlumatları əsas tutaraq, “onun sərəncamında olan ərazinin” hər yerində, o cümlədən barlarda və restoranlarda siqaret çəkilməsi ilə qətiyyətli mübarizə aparmaq əzmində olduğunu bildirmişdir. ABŞ-da digər ştatlar, məsələn, Kaliforniya və Delaver ştatları da bu niyyətdə olduqlarını elan etmişlər.

X x x

Çin həkimləri iddia edirlər ki, rahat və dərin yuxu sağlamlığın, uzunömürlülüyün və yaxşı əhval-ruhiyyənin rəhnidir. Onların fikrincə, yuxu həyatımızda olduqca mühüm yer tutur və ondan çox şey asılıdır.

Beləliklə, ilk növbədə, çalışmaq lazımdır ki, yuxu dərin və sağlam olsun. Lakin bunu necə etməli?

Əvvəla, yuxu rejiminə riayət etmək - eyni vaxtda yatmaq və eyni vaxtda yuxudan durmaq lazımdır. İnsanın orqanizmi və beyni dəqiq cədvəl üzrə istirahət etməlidir. Bu, beyin hüceyrələrinin həddindən artıq yorulmasının qarşısını almağa kömək edir. Hər bir insanın öz gecə-gündüz ritmi ilə yaşadığı nəzərə alınarsa, hər kəsin rejimi də fərdi olmalıdır.

Bununla belə, həkimlərin dəyərli məsləhətlərinə də qulaq asmaq lazımdır. Məsələn, yatmazdan əvvəl fiziki işdən, gərgin zehni əməkdən, emosional söhbətlərdən uzaq olmaq tövsiyə edilir. Yatmazdan əvvəl mədəni yağlı qeməklə doldurmaq məsləhət görülmür. Tərəvəzdən və yarmadan ibarət yüngül şam yeməyi ilə kifayətlənmək lazımdır.

Yatmazdan əvvəl təmiz havada gəzmək və ilıq vanna qəbul etmək çox faydalıdır - onlar əzələlərin boşalmasına və gün ərzində toplanmış gərginlikdən yaxa qurtarmağa kömək edirlər.

Həkimlər yorğan-döşəyə girməzdən əvvəl yataq otağının pəncərələrini açmağı və otağın havasını dəyişməyi məsləhət görürlər. Təmiz və azacıq rütubətli hava yatan adamın ağ ciyərlərinə yaxşı təsir göstərir.

Bundan əlavə, həkimlərin fikrincə, yuxunun, necə deyərlər, “keyfiyyətini” yaxşılaşdırmaq üçün yataq otağında əlverişli şərait yaratmaq lazımdır. Bu, ilk növbədə divarların rənginə aiddir. Qırmızı, narıncı və sarı rənglər göz sinirlərini yoraraq, insanların yuxuya getməsinə mane olur, mavi, ağ rənglər isə yuxu üçün daha münasibdir.

İnsan öz ömrünün üçdə birini yuxuda keçirir. Buna görə də, Çin təbiblərinin dediyi kimi, sağlam və dərin yuxu gün ərzində ruhi tarazlığı və həyat qabiliyyətini qoruyub saxlamağa kömək edir. Yuxunuz şirin olsun və gözəl yuxular görəsiniz!

X x x

Çinlilər nəinki ən çoxsaylı, bəlkə də idmanla daha çox məşğul olan millətdir.

Səhər tezdən Pekinin istənilən parkında və bağçasında müxtəlif idman və bədən tərbiyəsi hərəkətlərini yerinə yetirən adamlar görmək olar. Onların əksəriyyətinin yaşı 60-ı keçmişdir, aralarında ahıllar da az deyildir. Sosioloqlar hesablamışlar ki, əhalisi bir milyardı ötən ölkədə sakinlərin dörddə bir hissəsindən çoxu idmanla müntəzəm məşğul olur. Bütün tədris ocaqları, müəssisə və idarələr, kəndlər, ordu hissələri, pensiyaçılar və hətta əlillər kütləvi bədən tərbiyəsinə cəlb edilmişdir.

İndi Çin paytaxtı idman şüarlarına bürünmüşdür. Plakatlar, transparantlar və hətta taksilərə yapışdırılmış vərəqələr “Yeni Pekin qurmağa və tarixdə ən yaxşı Olimpiya oyunları keçirməyə” çağırır. 2008-ci ildə Olimpiada ərəfəsində burada yeni-yeni pulsuz idman meydançaları tikilir, baxmayaraq ki, onların sayı indi də həddən çoxdur.

Bütün orta və ali məktəblər idman məşğələləri avadanlığı ilə təmin edilmişdir. Bu da təbiidir, çünki Çin uşaqları üçün, bədən tərbiyəsi də məsələn, riyaziyyat qədər çox vacibdir. Ali məktəblərin qapıları idman normativlərini ödəməyənlərin üzünə bağlıdır.

Hakimiyyət orqanlarının fikrincə, siqaret çəkmək kimi çətin problemə də qalib gəlmək üçün idman ən etibarlı vasitədir, çünki bütün səylərə rəğmən, çinlilər planetdə ən çox siqaret çəkən millət olaraq qalır. Bədən tərbiyəsi gəncləri narkomanlıqdan yayındırmağa da kömək edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur VİDEO

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur VİDEO

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-nin Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

8 Noyabr münasibətilə Zəfər parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO