TƏBİƏT ENERGETİKLƏRİ SINAĞA ÇƏKİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakını fasiləsiz enerji ilə təmin edən Abşeron–1, Abşeron-2 və Mingəçevir–1 yüksəkgərginlikli elektrik xətlərinin Şəki, Yevlax, Ağsu ərazilərindən keçən sahələrində baş vermiş torpaq sürüşmələri dəmir-beton dayaqları yıxmış, təhlükəli qəza vəziyyəti yaratmışdır. “Azərenerjixüsusitəmirtikinti” və Mingəçevir Yüksək Gərginlikli Elektrik Şəbəkəsi MMS kollektivlərinin operativ təmir dəstələri qısa müddətdə qəzaların nəticələrini aradan qaldırmış, əlavə təhlükəsizlik tədbirləri görmüşlər.