TƏBİİ QAZ PROBLEMİ OLMAYACAQDIR
Kürdəmir şəhərinin Sabir və Soltan Şıxəliyev küçələrində təzələnən qaz kəmərləri ərazidə yaşayan sakinlərin təbii qazla təminatını tamamilə yaxşılaşdıracaqdır. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, köhnə borular çürüyüb yararsız vəziyyətə düşməsindən qış aylarında 850 ailənin təbii qazla normal təminatında ciddi problemlər yaranırdı. Daxili imkanlar hesabına görülən işin nəticəsində iki küçədə 5 kilometrlik yeni boru çəkiləcəkdir.
İşlər cədvələ uyğun aparılır və oktyabrın sonunadək kəmər istismara buraxılacaq, şəhərin normal qaz təchizatı bütünlüklə həll ediləcəkdir.