DÜNYA
Təcridxanaya qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınmışdır
Bakı, 13 yanvar (AZƏRTAC). Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Bakı İstintaq Təcridxanasının əməkdaşları müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısını almışlar.
Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, təcridxanada saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Sevinc Sadıqovanın yanına görüşə gəlmiş Rafət Ramizlinin üzərinə baxış keçirilmişdir.
Baxış zamanı R.Ramizlinin cibindən daxilində danışıq kartı olmayan bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.
Elə həmin təcridxanada saxlanılan, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək həbs edilmiş Minarə Allahverdiyevanın saxlandığı kameradakı çarpayıda gizlədilmiş, daxilində danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir.
Faktlar üzrə araşdırma aparılır.