DÜNYA
Tədqiqatçılar təsdiq edirlər ki, bəstəboy insanların genomu pozulmuşdur
Bakı, 25 noyabr (AZƏRTAC). “The Times of India” qəzeti “Human Genetics” jurnalına əsaslanaraq yazır: İnsanın boyu ilə bağlı genetik variasiyaları aşkara çıxarmaq üçün minlərlə adamın genomunu öyrənmiş mütəxəssislər müəyyən etmişlər ki, bəstəboy insanlarda müəyyən genlər çatışmaya bilər.
Sən demə, genomun müəyyən hissələrinin çatışmazlığı bəstəboyluluqla əlaqədardır. Boy irsi xüsusiyyətlərə aiddir, deməli, müxtəlif genlərdəki variasiyalarla bağlıdır. Düzdür, araşdırmanın müəlliflərindən biri, Broad İnstitutundan doktor Coel Xirşxorn izah edir ki, onlar yaşlı insanın boyunda variasiyaların yalnız 10 faizini izah edir.
Çox güman ki, surətlərin sayı variasiyalarına (CNVs) - DNK seqmentləri surətlərinin sayına görə fərdi genom fərqlərinə bənzər digər genetik variasiyalar da boyun müəyyənləşdirilməsi üçün vacibdir. Bəzi variasiyalar insanlar arasında çox, bəzi variasiyalar az yayılmışdır.
Alimlər CNVs-in rolunu müəyyənləşdirmək üçün bir qrup uşaq üzərində tədqiqat aparmışlar. Müqayisəli skrininq keçirilmiş, bəstəboy uşaqlarda bəzi DNK hissəciklərinin çatışmazlığı müəyyənləşdirilmişdir. Yaşlı adamlarda da belə çatışmazlıq müşahidə edilmişdir.