ELM VƏ TƏHSİL
Tehran Miniatür Məktəbinin nümayəndəsi Milli Azərbaycan Tarixi Muzeyində
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Tehran Miniatür Məktəbinin nümayəndəsi Seyid Şahin Ərəb və onun həyat yoldaşı Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu müəssisənin Elmi maarif və ekskursiyalar şöbəsinin əməkdaşı Hicran Həsənova Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat verib və qonaqları maraqlandıran sualları cavablandırıb.
Seyid Şahin Ərəb Tehran Miniatür Məktəbi adından Milli Azərbaycan Tarixi Muzeyinə at və qız təsvirli əsərini və kolleksiyasının miniatür əsərlərinin fotolarını hədiyyə edib.
Sonra qonaqlar muzeyin eksponatları ilə yaxından tanış olublar.