Tehranda baş verən zəlzələdə 1 nəfər ölüb
Tehran, 8 may, AZƏRTAC
Bu gün axşam saatlarında Tehranın Dəmavənd rayonunda 5,1 gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Tehran Universitetinin seysmoloji mərkəzi verib. Qeyd olunub ki, zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub.
İranın Böhranlı Vəziyyətlərin İdarə Olunması İdarəsinin rəhbəri İsmayıl Nədcar bildirib ki, zəlzələ nəticəsində 1 nəfər həlak olub, 25 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Bəzi evlərə və avtomobillərə də zərər dəyib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]