Tehranda hava çirkliliyi normanı aşıb
Tehran, 8 aprel AZƏRTAC
Aprelin 8-də və 9-da Tehranda havanın çirklənməsi normadan artıq olacaq. Bu səbəbdən ürək-damar və tənəffüs yolları xəstəlikləri olan, eləcədə yaşlı adamların zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaları tövsiyə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tehranın Ekologiya İdarəsinin rəhbəri Müştəba Cəlali deyib. O bildirib ki, güclü külək ölkənin cənub vilayətlərində yaratdığı qum fırtınasını Tehrana gətirib. Küləyin tədricən güclənəcəyini bildirən idarə rəhbəri əhaliyə xəbərdarlıq edib.
Qeyd edək ki, hazırda Tehranda toz dumanı müşahidə olunur.
Hava çirklənməsinin normadan artıq olması Xuzistan, Kirmanşah, Çabahar və digər vilayətlərdə də müşahidə edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [18:41]
Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzvlüyünə dair çağırış edilib
- 18.11.2026 [17:39]
Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib
- 18.11.2026 [17:29]
Macarıstanın xalis sıfır emissiya hədəfi 48 milyard avroya başa gələ bilər
- 18.11.2026 [17:09]
Konqoda Ebola epidemiyası rekord sürətlə yayılır və ölüm halları artır
- 18.11.2026 [16:40]
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib
- 18.11.2026 [16:12]