DÜNYA
Tehranda İslam İnqilabının ildönümü təntənəli şəkildə qeyd edilir
Tehran, 11 fevral, AZƏRTAC
Fevralın 11-də İran İslam İnqilabının 37-ci ildönümü İranın paytaxtı Tehranda və digər şəhərlərdə kütləvi tədbirlərlə qeyd edilir.
Tehranda keçirilən kütləvi aksiyada Prezident Həsən Ruhani və başqa rəsmi şəxslər iştirak ediblər. Bu il ilk dəfə olaraq İslam İnqilabının ildönümü tədbirlərinə ABŞ qaradərililərinin lideri Luis Farrah də dəvət edilib.
Tehranın mərkəzi “Azadi” meydanına toplaşanlar “Yaşasın İslam İnqilabı” şüarını səsləndirərək yürüş edirlər.
Bu il inqilabın ildönümü ilə bağlı keçirilən yürüşü işıqlandırmaq üçün mindən artıq yerli və xarici mətbuat nümayəndəsi dəvət edilib ki, bu da təsadüfi deyil. İran hərbi elitasının nümayəndələri bir neçə gün əvvəl bəyan ediblər ki, inqilabın ildönümündə dünyanı təəccübləndirəcək yeni “Emad” raketi nümayiş etdiriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran