Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2235 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 13 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 15-ci hissəsindən “, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467 (Cild I) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bənddən “və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - “AMEA”)” sözləri çıxarılsın;

2.2. 1.4-cü, 2.2-ci bəndlərdən, 2.13-cü bəndin birinci cümlə-sindən və 4.4-cü bənddən “və AMEA-da” sözləri çıxarılsın;

2.3. 1.7-ci bəndin birinci abzasından “və AMEA-da” sözləri, ikinci abzasının birinci cümləsindən isə “, həmçinin AMEA-da” sözləri çıxarılsın;

2.4. 1.9-cu bənddən, 2.3-cü bəndin ikinci abzasının ikinci cümləsindən, üçüncü abzasından (hər dörd halda) və 3.2-ci bəndin ikinci cümləsindən “və AMEA” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 833 (Cild I) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 1.2-ci bəndi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 820 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 16 nömrəli və 8 fevral tarixli 77 nömrəli qərarları) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin “Ümumi müddəa” bölməsinin ikinci abzası ləğv edilsin.

5. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1638 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adından və ikinci abzasdan “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın;

5.2. həmin Qərarla təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” üzrə:

5.2.1. adından “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın;

5.2.2. 1.2-ci bəndin birinci cümləsindən “və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA)” sözləri çıxarılsın;

5.2.3. 1.3.2-ci və 2.1.13-cü yarımbəndlərdən “və AMEA-nın” sözləri çıxarılsın;

5.2.4. 1.4-cü bənddən, 3.2.11-ci yarımbəndin dördüncü cümləsindən, 3.2.12-ci və 3.2.19-cu yarımbəndlərdən, 3.2.21-ci yarımbəndin ikinci cümləsindən, 3.3.2-ci, 3.3.4-cü, 3.4.1.2-ci yarımbəndlərdən, 3.4.2-ci yarımbəndin birinci cümləsindən, 3.4.11-ci yarımbənddən, 3.4.12-ci yarımbəndin dördüncü cümləsindən və 3.4.14-cü yarımbənddən “və AMEA” sözləri çıxarılsın;

5.2.5. 1.5-ci, 4.4-cü və 5.1-ci bəndlərdən, 2.1.8-ci, 2.1.9-cu, 2.1.15-ci, 3.1.1-ci və 3.4.9-cu yarımbəndlərdən “və AMEA-da” sözləri çıxarılsın;

5.2.6. 1.7-ci bənddən “və AMEA-ya” və “və AMEA” sözləri çıxarılsın;

5.2.7. 3.2.10-cu yarımbənddən “və AMEA” və “və AMEA-nın” sözləri çıxarılsın;

5.2.8. 3.2.15-ci yarımbəndin birinci cümləsindən “və AMEA-nı” sözləri çıxarılsın;

5.2.9. 3.3.1-ci yarımbəndin birinci cümləsindən “və AMEA-nın magistratura səviyyəsinə” və “və AMEA-nın Elm və Təhsil İdarəsi” sözləri, üçüncü cümləsindən “və ya AMEA-nın Elm və Təhsil İdarəsi” sözləri çıxarılsın;

5.2.10. 3.3.3-cü yarımbəndin birinci cümləsindən “və AMEA-da” və “və ya AMEA” sözləri çıxarılsın;

5.2.11. 3.4.1.4-cü yarımbənddən “tələbələri və AMEA-nın magistratura səviyyəsinin tələbələrinə, həmçinin AMEA-nın təklif etdiyi ayrı-ayrı fənlər üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinin” sözləri çıxarılsın;

5.2.12. 3.4.6-cı yarımbənddən “və ya AMEA-nın Elm və Təhsil İdarəsi” sözləri çıxarılsın;

5.2.13. 3.4.13-cü yarımbənddən “və AMEA-nın prezidentinin” sözləri çıxarılsın;

5.2.14. 4.5-ci bənddən “və AMEA-dan” sözləri çıxarılsın;

5.2.15. 6.1-ci bənd üzrə:

5.2.15.1. birinci və beşinci cümlələrdən “və AMEA-da” sözləri çıxarılsın;

5.2.15.2. ikinci cümlədən “və AMEA-nın” sözləri çıxarılsın;

5.2.15.3. üçüncü və dördüncü cümlələrdən “və AMEA” sözləri çıxarılsın;

5.2.16. 6.3-cü bənddə “həm ali təhsil müəssisələri arasında, həm də ali təhsil müəssisələri ilə AMEA” sözləri “ali təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.

6. “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. adından və 1-ci hissədən “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin” sözləri çıxarılsın;

6.2. preambuladan “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi” sözləri çıxarılsın;

6.3. həmin Qərarla təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası” üzrə:

6.3.1. adından, 1.3-cü və 2.1-ci bəndlərdən “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin” sözləri çıxarılsın;

6.3.2. 1.1-ci bənddən “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi” və “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin” sözləri çıxarılsın;

6.3.3. 1.4-cü bənddən (hər iki halda) “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri çıxarılsın;

6.3.4. 1.6-cı bənddən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından” sözləri çıxarılsın;

6.3.5. 1.7-ci bəndə “təcrübəsi” sözündən sonra “və ya ixtisas üzrə təcrübə” sözləri əlavə edilsin;

6.3.6. 1.9-cu bəndin birinci cümləsindən “, həmçinin magistra-tura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın;

6.3.7. 1.11-ci bəndin birinci cümləsindən “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri, ikinci cümləsindən isə “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi müəssisə və təşkilatının Elmi Şurası” sözləri çıxarılsın;

6.3.8. 2.4-cü bəndin birinci cümləsindən “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri, ikinci cümləsindən isə “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə” sözləri çıxarılsın;

6.3.9. 2.5-ci bəndin birinci cümləsindən “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə” sözləri çıxarılsın;

6.3.10. 2.7-ci bənddən “və Azərbaycan Milli Elmlər Akademi-yasının magistratura səviyyəsinə” sözləri çıxarılsın;

6.3.11. 2.8-ci bənddən “və Azərbaycan Milli Elmlər Akademi-yasında isə müvafiq elmi müəssisə və təşkilatın” sözləri çıxarılsın;

6.3.12. 2.14-cü bənddən “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində”, “və ya magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına və ya magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademi-yasından təhsil müəssisəsinə” sözləri və “və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın;

6.3.13. 2.15-ci bənddən “və ya magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasından” sözləri çıxarılsın.

7. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 293 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

7.1. adından və 1-ci hissədən “və Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri çıxarılsın;

7.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları” üzrə:

7.2.1. adından “və Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri çıxarılsın;

7.2.2. 1.1-ci bənddən “və Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra - elmi təşkilat)” sözləri çıxarılsın;

7.2.3. 1.2-ci bənddən, 2.1-ci bəndin birinci cümləsindən və 6.2-ci bənddən “və elmi təşkilatın” sözləri çıxarılsın;

7.2.4. 1.6-cı bənddən “və elmi təşkilatda” sözləri çıxarılsın;

7.2.5. 6.1-ci bəndin birinci cümləsindən “və ya elmi təşkilata” və ikinci cümləsindən “və ya elmi təşkilatda” sözləri çıxarılsın.

8. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 17 nömrəli, 8 fevral tarixli 77 nömrəli və 23 fevral tarixli 97 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “272570. “Tələbələrə verilən təqaüdlər” maddəsindən “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrə” sözləri çıxarılsın.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1 iyun tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 659 (Cild I) ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”da aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.2.5-ci yarımbənddən “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri çıxarılsın;

9.2. 2.3.7-ci yarımbənddən “, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura” sözləri çıxarılsın. 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 mart 2024-cü il

№ 130

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin