Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 645 (Cild I) ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nın 43-cü hissəsinin birinci abzasında “istehsalat təcrübəsi” sözləri “ixtisas üzrə təcrübə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 20 sentyabr tarixli 223 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 870 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram”ın “5. Kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair Proqram üzrə Tədbirlər Planı”nın 5-ci hissəsinin “Tədbirlərin adı” sütununa “təcrübəsinin” sözündən sonra “və ya ixtisas üzrə təcrübənin” sözləri ilə əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 365 (Cild I) ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8.5-ci bənd üzrə:

3.1.1. dördüncü abzasda “istehsalat” sözü “tələbələrin ixtisas üzrə” sözləri ilə əvəz edilsin;

3.1.2. on birinci abzasda “istehsalat təcrübələrinin” sözləri “ixtisas üzrə təcrübələrin” sözləri ilə əvəz edilsin;

3.2. 8.7.6-cı yarımbənddə “istehsalat” sözü “tələbələrin ixtisas üzrə” sözləri ilə əvəz edilsin;

3.3. 8.7.10-cu yarımbəndin doqquzuncu abzası aşağıdakı redaksiyada verilsin:

“tələbələrin ixtisas üzrə təcrübəsi;”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 366 (Cild I) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 8.4.3-cü yarımbənddə “istehsalat təcrübələrinin keçiril-məsinə, buraxılış işlərinin yerinə yetirilməsinə, tələbələrin” sözləri “tələbələrin ixtisas üzrə təcrübələrinin keçirilməsinə, buraxılış işlərinin yerinə yetirilməsinə,” sözləri ilə əvəz edilsin;

4.2. 8.4.10-cu yarımbənddə “istehsalat” sözü “ixtisas üzrə” sözləri ilə əvəz edilsin;

4.3. 8.6.6-cı yarımbənddə “istehsalat təcrübəsi” sözləri “ixtisas üzrə təcrübə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 450 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1870 (Cild I) ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.6.4-cü yarımbənddə “istehsalat təcrübəsində” sözləri “ixtisas üzrə təcrübədə” sözləri ilə əvəz edilsin;

5.2. 3.18-ci bənddə “istehsalat təcrübəsi” sözləri “ixtisas üzrə təcrübə” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 mart 2024-cü il

№ 138

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin