TƏHSİL MİLLƏTİMİZİN GƏLƏCƏYİDİR
Bildirilmişdir ki, 132 yerlik Həmyəli kənd məktəbi üçün yeni bina tikilmiş, Şəhriyar qəsəbə və Nüydü kənd orta məktəblərinin binalarında əsaslı təmir işləri aparılmış, Adnalı kənd orta məktəbi üçün əlavə 10 sinif otağının tikintisinə başlanılmış, Qızmeydan kənd orta məktəbinin tikintisindən ötrü torpaq sahəsi ayrılmış və lazımi sənədlər hazırlanaraq əlaqədar təşkilatlara göndərilmişdir.
Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tədris avadanlıqları ilə təmin edilməsi sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, rayon üzrə 79,8 milyon manatlıq şagird partası, 67,5 milyon manatlıq stol və stul alınaraq daha çox ehtiyacı olan məktəblərə verilmişdir. Bütün ümumtəhsil ocaqları tələb olunan qədər gündəlik və kitablarla təmin edilmişdir.
Şura iclasında nöqsanlardan da danışılmış və onların aradan qaldırılması yolları göstərilmişdir. Müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.