ELM VƏ TƏHSİL
Təhsil müəssisələrinin kompüter və digər zəruri rəqəmsal avadanlıqlarla təminatı yaxşılaşdırılacaq
Bakı, 27 iyul, AZƏRTAC
2022-2026-cı illər ərzində təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları üzrə maddi-texniki bazası təkmilləşdiriləcək, kompüter və digər zəruri rəqəmsal avadanlıqla təminatı yaxşılaşdırılacaq. Dövrün sonuna təhsil müəssisələri ümumilikdə 200 min kompüterlə təchiz olunacaq. Beləliklə 6 şagirdə 1 kompüter düşəcək (hazırda 36 şagirdə 1 kompüter düşür).
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.