ELM VƏ TƏHSİL
Təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
Bakı, 4 mart, AZƏRTAC
Təhsil naziri Emin Əmrullayev martın 12-də Gəncə şəhərində Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan şəhər və rayonların sakinləri martın 4-ü saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, nazirliyin saytının əlaqə bölməsi vasitəsilə elektron və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.